Rusiya prezidenti Valdimir Putin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V. Putin səhhəti ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. “Dedi-qodusuz darıxdırıcı olur”, - deyə o, söyləyib.
A. Atambayev isə bildirib ki, V. Putin nəinki gəzir, hətta maşın sürür.
Qeyd edək ki, martın 5-dən görünməyən Putin haqqında müxtəlif xəbərlər dolaşırdı. Onun gah islamı qəbul etdiyi, gah da möhkəm xəstələndiyi məlumatları yayılmışdı.


Şərhlər