Menu

Telekanalların “xəbər dili”ndə 400-dən çox nöqsan aşkar edildi

17.04.2015, 18:50

telekanallar-azerbaycan-loqoMilli Elmlər Akademiyası Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları 2015-ci ilin yanvar-aprel aylarında televiziyaların dilinin monitorinqini aparıblar.

Monitoqinq qrupu cümə günü MEA-da monitorinqin nəticələrinə dair “Televiziyaların xəbər proqramlarının dili” mövzusunda mətbuat konfransı keçirib.

Xəbərə görə, monitorinq “Azərbaycan dilinin qloballşama şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılıb. Monitorinqdə Monitorinq şöbəsi, Milli TeleRadio Şurası (MTRŞ) əməkdaşları iştirak ediblər.

Mətbuat konfransında monitorinq zamanı 400-dən artıq norma pozuntusunun aşkarlandığı deyilib. Dil səviyyələri üzrə aşkar edilən 145 pozuntunun 74-ü leksik-üsluba, 29-u fonetikaya, 41-i isə qrammatik normalara aiddir.

Aşkar edilən nöqsanların aradan qaldırılması üçün Dilçilik İnstitutu və MTRŞ may ayında təlimlər keçirməyi nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol