Dünən separatçı qüvvələrlə şiddətli atışma zamanı Ukrayna ordusunun bir əsgəri ölüb.Axar.az xəbər verir ki, bu barədə Ukrayna Terrorla Mübarizə Mərkəzinin sözçüsü Andrey Lısenko açıqlama verib. O, qarşıdurmalar zamanı 1 əsgərin öldüyünü, 6 Ukrayna hərbçisinin yaralandığını bildirib.
Rusiyayönümlü separatçılardan isə 6 nəfər yaralanıb.
Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu və separatçı qüvvələr arasında şiddətli atışma yaşanıb. Tərəflər tank və minaatanlardan gecəboyu atəşkəsi pozublar. Yaşanan şiddətli qarşıdurma yerli sakinləri bölgəni tərk etmək məcburiyyətində qoyub.


Şərhlər