Menu

Kiyevdən ordu ilə bağlı şok qərar

12.05.2015, 20:00
Kiyevdən ordu ilə bağlı şok qərar

Ukraynanın Ali Radası xaricilər və vətəndaşlığı olmayan şəxslərin Ukrayna ordusunda müqavilə əsasında xidmət edə bilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb. Anspress-in məlumatına görə, qanun layihəsinə 257 deputat səs verib. Lyihənin müəllifləri deyiblər ki, könüllü batalyonların yaradılmasına başlandıqdan sonra,hərbi təcrübəsi olan xaricilər gəlməyə başlayıb.

Mövcud qanunvericiliyə görə, Ukrayna ordusu və digər hərbi birləşmələr yalnız Ukrayna vətəndaşlarının səfərbərliyi yolu ilə yaradıla bilər.

Xatırladaq ki, son gündə Donbasda 3 Ukrayna əsgəri öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol