"Hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam"
"Mənim həbs olunmağımdan söhbət gedə bilməz. Bu yayılan məlumatlar yalandır. Hazırda hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam".Bunu ANS PRESS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun həbs olunduğu deyilən prezidenti Anar Bəkirov deyib. O bildirib ki, instintaqa dəvət olunub ancaq hələ ki, ifadə verməyib.

O bildirib ki, məsələ ilə bağlı hələ klub prezidenti ilə danışmaq imkanı olmayıb: "Mən hazırda Zaqataladayam və Bakıya gəlirəm. Faktla bağlı məlumat öyrəndikdən sonra daha ətraflı mətbuata açıqlama verəcəyik", - deyə Rüstəm Allahverdiyev bildirib.
Qeyd edək ki, yayılan məlumata görə, Beynəlxalq Bankdan külli miqdarda kredit götürən iş adamlarından Anar Bəkirov saxlanılıb. Saxlanılan şəxs "Bandotdel”ə aparılıb.
Mətbuat xidmətinin Rüstəm Allahverdiyev "Simurq" klubunun iflas xəbərini təsdiqləyib: "Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi".
O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra klubumuza vəsait ayrılmadı. Sponsorların demək olar ki, hamısı pul ödənişi etməkdən imtina edib:"Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un talehi müsbət mənada həll olunacaq".
Qeyd edək ki, mətbuatda "Simurq" klubunun dağılacağı ilə bağlı məlumatlar yayılıb.
Vaqif
AzPolitika.info

Şərhlər