ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi yalnız özlərinə məxsus olacaq və istənilən şıfrəni sındıra biləcək kvant kompyuterinin hazırlanmasına cəhd edirlər. Bu haqda məlumatı Edvard Snoudenə istinadən “Vaşınqton Post” qəzeti yayıb.

Bu layihə “Mürəkkəb hədəflərin həyata keçirilməsi “adlı araşdırma proqramının tərkib hissələrindən biridir. Həmin layihəyə 79,7 miliyon dollar pul ayrılıb. İşlərin əsas hissəsi isə Merilend ştatının Kollec-Park fiziki elmlər labaratoriyasında aparılır.

V.Nəsibov