Menu

"Ürəyim partlayır" - Saakaşvili

14.06.2015, 19:29
"Ürəyim partlayır" - Saakaşvili

"Tiflisdəki kadrları görəndə ürəyim partlayır. Təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".Virtualaz.org qazeta.ru-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili ölkəsindəki məlum fəlakətə münasibət bildirərkən deyib.

O həmçinin bildirib ki, Ukraynanın daxili işlər naziri Arseni Avakovla telefon əlaqəsi saxlayıb, Gürcüstana yardım etməyin mümkün olub-olmadığını soruşub: "O, mənə dedi ki, Ukraynanın fövqəladə xidməti Gürcüstana yardım etməyə hazırdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol