Xarici KİV-in məlumatına görə, ABŞ və Polşa hökumətləri bu Avropa ölkəsində ABŞ hərbi texnikası və avadanlıqları üçün anbarların tikintisi barədə danışıq aparırlar. Bu barədə Polşa müdafiə nazirliyinə istinadla, «Reuters» agentliyi xəbər verir (Rosbalt).
Agentliyin məlumatına görə, nazir Tomaş Semonyaka xəbər veriblər ki, ABŞ tezliklə ağır hərbi texnika yerləşdirmək üçün bu ölkədə anbarların tikintisi barədə qərar qəbul edəcək. Nazir qeyd edib ki, bu, bölgədə və Polşada ABŞ-ın iştirakının genişləndirilməsi istiqamətində daha bir addımdır.
Bundanə vvəl “New York Times» qəzeti Avropa ölkələrində ağır texnika yerləşdirmək barədə ABŞ-ın planlarından xəbər vermişdi. Bundan bir qədər sonra Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bəyan etmişdi ki, ABŞ ağır silahların göndərilməsi və müddəti barədə hələlik qərar qəbul etməyib. Onun sözlərinə görə, «son bir neçə ildə ABŞ, NATO müttəfiqləri ilə hazırlıq və təlim işləri üçün əvvəlcədən hərbi avadanlıqların yerləşdirilməsi fəaliyyətini genişləndirib...».
Rəsmi mənbənin məlumatına əsasən qəzet yazır ki, ABŞ-ın nöqteyi-nəzərincə, Avropada mümkün Rusiya təcavüzünün qarşısının alınması məqsədilə Pentaqon bəzi Baltikyanı və Şərqi Avropa ölkələrində 5 min ABŞ hərbçisini təmin edəcək sayda tanklar, PDM-lər və digər ağır texnika yerləşdirə bilər.
AzPolitika.info


Şərhlər