Menu

Məşhur futbolçu İŞİD-ə qarşı döyüşəcək - FOTO

20.06.2015, 19:35
Məşhur futbolçu İŞİD-ə qarşı döyüşəcək - FOTO

21 yaşlı futbolçu İŞİD-ə qarşı döyüşmək üçün İraq ordusuna qoşulmaq qərarına gəlib

Türkiynin "Çaykur Rizəspor" klubundan "Udineze"yə transfer olunan Ali Adnan İŞİD terror qruplaşmasına qarşı döyüşəcək. Anspress-in məlumatına görə, iraqlı futbolçu şok qərar verib.

Belə ki, 21 yaşlı futbolçu İŞİD-ə qarşı döyüşmək üçün İraq ordusuna qoşulmaq qərarına gəlib. O, çempionatlar başlayana qədər döyüşlərdə iştirak etmək istəyir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ali Adnanla müqavilə bağlayan "Udineze" onu dərhal "Qranada"ya icarəyə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol