Menu

RUSİYA ORDUSUNUN 5 ZƏİF TƏRƏFİ – Ekspert rəyləri

21.06.2015, 01:31
RUSİYA ORDUSUNUN 5 ZƏİF TƏRƏFİ – Ekspert rəyləri

“Ordu-2015” forumu çərçivəsində keçirilən dəyirmi masa ətrafındakı diskusiya və panellərdə problemlər barəsində demək olar ki, çox az danışılır. Ancaq o da yaxşı məlumdur ki, nailiyyətlər haqqında danışılan bu forum, ordu və donanmadakı çatışmazlıqlar və problemlər barəsində söhbət salınması üçün deyil, silahlı qüvvələrin Rusiya əhalisi arasındakı populyarlığını yüksəltmək məqsədi ilə təşkil edilib.

Lakin ordunun gələcək perspektivləri barəsində gedən diskusiyaların birində Rusiya Dövət Dumasının deputatı Vyaçeslav Tetexin Pentaqonu nümunə gətirərək bilidirib ki, amerikalılar çatışmazlıqların dəqiq surətdə üzə çıxarılması və onun tezliklə həll edilməsi üçün daha çox ABŞ ordusundakı problemlər haqqında danışmağa üstünlük verirlər. V.Tetexin əlavə olaraq deyib ki, ordunun inkişafı üçün parlamentdə və hərbi dairələrdə bu cür diskusiyaların aparılmasına Rusiyanın kəskin ehtiyacı var.

BBC-nin Rusiya xidməti hərbi ekspertlərə müraciət ünvanlayaraq, Rusiya ordusunun ilk növbədə düzəldilməsinə böyük ehtiyacı olan zəif tərəfləri barəsində öz fikirlərini söyləməyi onlardan xahiş edib.

Hərbi ekspertlər əsas etibarı ilə aşağıda qeyd olunan beş problem üzərində dayanıblar.

- Ordu müasir silahların hazırlanması və istehsalı, kadr çatışmazlığı və material bazasının mükkəmməl səviyyədə olmamasından əziyyət çəkir.

- Silahlı qüvvələrdəki şəxsi heyətin sayı kifayət qədər deyil və buna görə də müvafiq komplektləşmədə problemlər yaşanılır.

- Həyata keçirilən islahatlarda ardıcıllıq yoxdur və qərarların qəbulunda özbaşınalıq hökm sürür.

- Müasir silahlar və o cümlədən pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə yanaşı, yenidən silahlanmanın sürəti də xeyli aşağıdır.

- Hərbi sahədəki islahatların davam etdirilməsi böyük xərc tələb edir və həmin islahatların axıradək həyata keçirilməsi üçün iri həcmli maliyyə vəsaitinə ehtiyac var.

Vyaçeslav Tetexin Dövlət Dumasının müdafiə məsələləri üzrə komissiyasının Kommunist Partiyasından olan üzvüdür. V.Tetexin keçirilən dəyirmi masaların birindəki diskusiya zamanı deyib: ”Mən peşəkar-texnki təhsildəki problemləri qeyd etdim. Lakin burada iştirak edənlər, həm hərbçilər, həm də siyasətçilər bizim qarşımızda tətbiqi-elmi sahədəki problemlər barəsində məsələ qaldırmalıdırlar. Bəli, haqında söhbət açılan döyüş sistemlərinin hamısı əladır, ancaq onları kim düzəldəcək? Mən bacarıqlı əllərdən danışıram. Hanı, o ağıllar? Bütün deyilənlərin hamısını, hansı mütəxəssislər yaradacaq? Məsələn, mənim qardaşım Elmlər Akademiyasının indi mövcud olmayan radiotexnka və elektronika institutunda işləyib. Onun 70 yaşı var. Qardaşım deyir ki, hazırda elmi-tədqiqat institutuna gələnlərin səviyyəsi bizdən qat-qat aşağıdır.”

Məsələ ilə əlaqədər fikirləri öyrənilən digər tanınmış Rusiyalı hərbi ekspertlərin mövqelərini təqdim edirik.

Geopolitiklər İttifaqının sədri Konstontin Sivkov: “Rusiya silahlı qüvvələrinin əsas problemi onların az saylı olmasındadır. Ölkənin müdafiəsini normal səviyyədə təmin etmək və problemlərin tam həll olunmasından ötrü, ordunun sayı təxminən yarım dəfə artırılmalıdır. Əlavə olaraq, Rusiya ordusu üçün mümkün qədər daha çox müasir texnika alınmalıdır. Rusiyanın indiki döyüş texnikası, öz səviyyəsinə görə, bütün müasir tələblərə cavab verir. Lakin mənim fikirimcə ordu bu texnika ilə lazımınca təchiz edilmir”.

“Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko: “Öncəki dövrlərdə pilotsuz uçuş aparatlarına lazımı diqqət göstərilməyib. Bu sahədəki geriliyi tez bir zamanda qapamaq gərəkdir. Rusiya taktiki xarakterlı və həmçinin də strateji kəşfiyyat reydləri həyata keçirə bilən və bütün siniflərdən olan pilotsuz aparatlara çox böyük ehtiyac duyur. Bunlardan əlavə, Rusiya üçün düşmən mövqelərinə dəqiq zərbələr vura bilən pilotsuz aparatlar da lazımdır. Çünkü gələcəkdə onların əhəmiyyəti əvəzedilməz olacaq. İkinci problem isə, silah alınması ilə bağlı qərarların qəbul olumasındakı valyuntarizmdir və bu xoşagəlməz hala tezliklə son qoyulmalıdır. Rusiyanın başlıca məyusedici ənənəsi ondan ibarətdir ki, yeni baş qərargah rəisi gələn kimi, bütün əvvəlki prioritetlər dəyişdirilir. Ona görə də müdafiə nazirinin və baş qərargah rəisinin bütün qoşun növləri üzrə daimi müvainləri institutu yaradılmalıdır”.

Lenta.ru portalının hərbi məsələlər üzrə şərhçisi Konstontin Boqdanov: “Başlıca problem 2000-ci illərin axırlarında işə salınmış hərbi islahatların bir neçə dəfə dəyişdirilərək sona çatdırılmamasıdır. Bu hallar həm Serdyukov və həm də ki, oyqu dövründə təkrar edilib. İkinci problem köhnə silahların yerinə yenilərinin alınması prosesinə yalnız indi başlanmasıdır. Demək olar ki, 15 il vaxt itirilib. Bu isə uzun müddət ərzində silahlı qüvvələri öz dövrünə cavab verəcək müvafiq silah və texnika ilə təchiz olunmaq imkanından məhrum edib. Həmin vəziyyət müəyyən qədər aradan qaldırılmağa çalışılır. Lakin 2000-ci illərin sonunda şərait daha acınacaqlı idi.

Ordunun tam formada komplektləşdirilə bilməməsi problemi ölkədəki demoqrafik vəziyyətlə bağlıdır. Orduya adamları çox çətinliklə dartıb gətirirlər. Ümumiyyətlə isə bu məsələni həll etmək üçün şirnikləndirici vasitə olan puldan istifadə edilməsindən söhbət salmaq istəməzdik. Ancaq bu vasitəsiz bəlkədə işlər daha bərbad olardı. Digər bir mühüm problem isə böyük infrastruktur xərcləridir.

Arktik bölgəsində tərk edilmiş hərbi şəhərciklərdə yeni bazalar tikilməlidir. Bu birbaşa Arktikada olan problemlərlə bağlı deyil, sadəcə Rusiya həmin bölgəyə diqqətini artırıb. Hazırda 90-cı illərdə tərk olunmuş aerodromlar, hərbi bazalar bərpa edilir. Sözsüz ki, işləri yoluna qoymaq üçün nəhəng pullar gərəkdir. İndiki maliyyə çətinlikləri şəraitində bunların öhdəsindən necə gəlincəyini söyləmək mürəkkəb işdir. Ordu böyük resursları udmaqdadır və o artıq yolun yarısını qət edib. Deməli yolun yarısında durmaq düzgün olmaz. Ona görə də bu istiqamətdə hələ çoxlu pullar sərf etmək lazım gələcək”.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol