Menu

"Əhalinin 72 faizi banklara borcludur!" - ŞOK STATİSTİKA

29.06.2015, 19:12
"Əhalinin 72 faizi banklara borcludur!" - ŞOK STATİSTİKA

Bu gün Mərkəz Bank kredit borclarının statistikasını açıqlayıb. Statistikaya görə, 2 milyon 381 min 592 nəfər (fiziki şəxs) banklara borcludur. 1 milyon 115 min 820 nəfər də borclara zamin olub. 

Hüquqşünas Ələsgər Məmmədli bu rəqəmlər əsasında maraqlı müqayisə apararaq, Feysbukda yazır:

"Beləliklə, bankların caynağında olan insanların ümumi sayı 3 milyon 497 min 412 nəfərdir. Son seçkilərdə 2014-dekabrda seçki siyahısında 18 yaşını tamamlamış seçici sayı 4 831 328 nəfər olaraq protokollara qeyd edilib. (MSK-nın saytına baxa bilərsiz).

Deməli 18 yaşından yuxarı əhalinin 72,4% -i banklara borcludur. Bu saya əmək qabiliyyəti olmayanlar, pensiyaçılar və s-də də daxildir.

Bu tablo siyasi fəaliyyətlə məşğul olanları ciddi şəkildə düşündürməlidir: Bizi nə gözləyir?"

Həqiqətən də, böyük hissəsi banklara borclanmış ölkəni nə gözləyir?

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol