Menu

Rus hərbçiləri Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirdilər

11.07.2015, 19:16
Rus hərbçiləri Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirdilər

Gürcüstanın Tsxinvsli (Cənubi Osetiya) bölgəsində “sürünən işğal” davam edir. Musavat.com gürcü qaynaqlarına istinadən xəbər verir ki, rus hərbçiləri işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitə BP-nin boru xəttinə yaxınlaşdırıblar. İndi işğal xətti artıq strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir.

Qeyd edək ki, Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu “neytral zona” elan ediblər. Bu, o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib.

Xurvateli kəndinin sakinləri üçün daha 10 hektar ərazinin işğalı gözlənilməz olub, belə ki, onlar dünənək burada əkinlə məşğul olublar. Bu hün də onlar orada işləyirlər. İşğalçılar kəndlilərə məhsul yığımına kimi işləməyə icazə veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol