Menu

Hindistan və Pakistan ŞƏT-ə daxil olur - Dünyanın siyasi xəritəsi dəyişəcək?

12.07.2015, 11:18
Hindistan və Pakistan ŞƏT-ə daxil olur - Dünyanın siyasi xəritəsi dəyişəcək?

Rusiya KİV-nin yaydığı məlumata görə, Özbəkistan prezidenti İslam Kərimov hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) yeni ölkələrin - nüvə silahına malik olan Hindistanın və Pakistanın daxil olması nəinki dünyanın siyasi xərtəsini, həm də dünya bazarında qüvvələr nisbətini dəyişəcək. Bu fikri ŞƏT sammiti çərçiəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Özbəkistan prezidenti İslam Kərimov səsləndirib (TASS).

«Nəzərə alsaq ki, bu ölkələr (Hindistan və Rakistan) sıravi ölkə olmayıb, nüvə silahına malikdirlər, onda daxilolma prosesi necə keçəcək? Əgər bu prizmadan baxsaq, onların ŞƏT-ın tərkibinə daxil olması sabah nəinki sadəcə siyasi xəritəni dəyişəcək, hesab edirəm ki, həm də qüvvələr nisbətini dəyişə biləcək» - deyə, Kərimov qeyd edib.

Kərimov Rusiya prezidentinə, ŞƏT-ə yeni üzvlərin qoşulması məsələsini bu təşkilata Özbəkistanın sədrlik etdəcəyi gözlənilən dövrdə müzakirəyə çıxarmağı təklif edib.

«İslam Abduqaniyeviç, bəs belə necə görünər: Özbəkistan prezidenti Kərimov Hindistan və Pakistanı ŞƏT-ə gətirdi və dünyanın yeni siyasi reallığını yaratdı? Gəlin, bu barədə danışaq» -deyə, Putin təbəssümlə qeyd edib.

Bundan başqa, Təşkilata üzvolmaq üçün İrandan da rəsmi sifariş daxil olub. Bir sıra ölkələr (Azərbaycan, Ermənistan, Banqladeş, Belarus, Şri-Lanka, Suriya, Ukrayna, Maldiv Respublikası, Kamboca, Misir) isə onlara təşkilat daxilində müşahidəçi statusu verilməsi barədə xahişlə müraciət ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol