ABŞ mühafizəkarları iri dünya dövlətləri ilə İran arasında əldə edilmiş sövdələşməni pisləyiblər.
Saziş sarsıdıcı beynəlxalq iqtisadi sanksiyaların ləğvi əvəzində İranın nüvə fəaliyyətini məhdudlaşdırır.
ABŞ Nümayəndələr Palatasının respublikaçı spikeri John Boehner deyib ki, bu saziş yalnız Tehranı "cəsarətləndirir".
"Bu sövdələşmə Yaxın Şərqdə nüvə silahının yayılmasının qarşısının alınmasının əvəzinə, bütün dünyada nüvə silahlanmasına təkan verəcək," o, əlavə edib.
Prezidentliyə namizəd və Respublikaçı senator Lindsey Graham sövdələşməni "məslələri daha da pisləşdirəcək "dəhşətli" razılaşma" kimi dəyərləndirib.
ABŞ Konqresinin sövdələşmə baxılması üçün 60 günü var. Prezident Barak Obama bəyan edib ki, o, sövdələşmənin qəbul edilməsinə mane ola biləcək bütün qərarlara veto qoyacaq.
İsrail hakimiyyəti isə razılaşmanı tənqid edib.
İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb.
P5+1 adlanan bu dövlətlər qrupu İranın nüvə fəaliyyətini azaltmasını və nüvə silahı yaratmamasını istəyirlər.
Rusiya Prezidenti Vladimir Putin İran nüvə razılaşmasını alqışlayıb və deyib ki, "dünya rahat nəfəs ala bilər", Reuters xəbər verir.
İran Prezidenti Həsən Ruhani İran və dünya gücləri arasında nüvə razılaşmasını alqışlayıb. Öz Twitterində o yazlb ki, razılaşma konstruktiv yanaşmanın işlədiyini göstərib. O, xalqa tezliklə müraciət edəcəyini deyib. /BBC


Şərhlər