Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyaya daxil olub.Axar.az xəbər verir ki, Türkiyə xüsusi təyinatlılarının 60 üzvü Suriyanın Ayyaşe qəsəbəsindədir.
Xüsusi təyinatlıların İŞİD-in nəzarəti altında olan qəsəbəni ələ keçirdiyi bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında İŞİD Türkiyə ordusuna hücum etmişdi. Nəticədə də 1 türk əsgəri şəhid olmuş, 3-ü yaralanmışdı. İŞİD isə 1 terrorçusunu itirmişdi.


Şərhlər