Menu

Dənizdə 40 miqrant boğuldu

15.08.2015, 18:51
Dənizdə 40 miqrant boğuldu

Aralıq dənizində miqarantları daşıyan gəmi qəzaya uğrayıb. Hadisə Aralıq dənizinin Liviya ilə İtaliya arasındakı ərazisində qeydə alınıb.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Səhifədəki statusda batan gəminin içindəki şəxsləri xilas etmək üçün əməlliyyat aparıldığını, buna baxmayaraq 40 nəfər dünyasını dəyişdiyi bildirilir. İtaliya mətbuatının verdiyi xəbərə görə, gəmidə təxminən 400-ə yaxın miqrant olub və onlardan çoxunun həyatının xilas edilməsi istiqamətində işlər aparılır.

Bölgədə xilasetmə işləri davam etdirilildiyi, ölənlərin sayının artma ehtimalı olduğu da gələn xəbərlər arasındadır.

Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə görə, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gəlməyə cəhd göstərən təqribən 188 min miqrant xilas edilib, bu il ərzində dənizdə batan miqrantların sayı isə 2 min nəfəri keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol