Müdafiə naziri Zakir Həsənov Nazirliyin hərbi həkim komissiyasının sədri polkovnik Vidadi Quliyevi işdən azad edib.
“Axar.az”ın əldə etdiyi məlumata görə, Müdafiə naziri hərbi həkim komissiyasına yeni sədr də təyin edib. Bu, Elxan İbrahimovdur.
Qeyd edək ki, Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi Səfər Əbiyevin dövründən hərbi həkim komissiyasının sədr əvəzi olan Vidadi Quliyevin karyerasında uğurlu bir başlanğıc olub. Keçmiş Müdafiə naziri Səfər Əbiyevin rütbəsini aşağı saldığı Vidadi Quliyev yeni nazirin gəlişi ilə polkovnik rütbəsinə yiyələnib. Lakin müəyyən müddətdən sonra naməlum səbəblərdən Zakir Həsənov Vidadi Quliyevi işdən azad edərək, onun yerinə Elxan İbrahimovu təyin edib.
AzPolitika.info-nun əməkdaşı Vidadi Quliyevin işdən azad olunmasının səbəbləri ilə maraqlanarkən sensasiyalı məlumat əldə edib. Məlum olub ki, hərbi həkim komissiyasının yeni sədri Elxan İbrahimov Zakir Həsənovun, necə deyərlər, doğmaca bacanağıdır!
Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...
V.Nəsibov

Şərhlər