Menu

“Milli Şuradan çıxmaq fikrində deyiləm”

30.01.2014, 16:57
“Milli Şuradan çıxmaq fikrində deyiləm”

“Milli Şuranın sıravi üzvü olaraq qalacağam”. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib. O, bildirib ki, partiya quruculuğu ilə əlaqədar işləri çox olsa da, Milli Şuradan çıxmaq fikrində deyil: “Partiyanın Nizamnaməsi də artıq hazırdır və qurultayın vaxtı martın sonunda bilinəcək”.

S. Əkbər “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefasına da münasibət bildirib: “Mən bu istefanı normal qəbul edirəm. Eldar Namazov yəqin ki, istefası barədə ciddi düşünüb və anlayıb ki, hərəkatdakı fəaliyyəti ilə Milli Şuradakı fəaliyyəti bir araya sığmır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol