Türkiyəyə sığınmış minlərlə iraqlı və suriyalı qaçqın Yunanıstanla olan sərhəd-keçid məntəqəsinə hücum edib.
AzPolitika.info-nun Dünyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Türkiyənin Ədirnə sərhəd qapısında toplaşan və son 4 gün ərzində ölkə xaricinə buraxılmayan minlərlə iraqlı və suriyalı qaçqın sərhəd-keçid məntəqəsindən zorla keçməyə çalışıb. Jandarm qüvvələri onların qarşısını alsa da, mühacirlər inadla Avropaya getmək üçün onları buraxmağı tələb ediblər.
Bu xəbər Ankarada narahatlıqla qarşılanıb. Son dəqiqələrdə verilən məlumata görə, baş nazir Əhməd Davudoğlu təcili iclas çağıraraq, vəziyyətlə maraqlanıb və bəzi təlimatlar verib. Baş nazir məsul şəxslərə qaçqınların ehtiyacları və ictimai təhlükəsizliklə ciddi məşğul olmağı tapşırılıb.
AzPolitika


Şərhlər