Menu

Bakıda yanacaqdoldurma məntəqəsində həyəcan

18.09.2015, 21:16
Bakıda yanacaqdoldurma məntəqəsində həyəcan

Bu gün Bakının Səbayel rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yanğın olub.

Lent.az-ın məlumatına görə, Badamdar qəsəbəsi Badamdar yolunda yerləşən yanacaqdoldurma məntəqəsində 1970-ci il təvəllüdlü Zeynalov Arif Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə yanğın başlayıb. Mühərrik hissəsində başlayan yanğın avtomobilin salonuna keçib.

Operativ müdaxilə nəticəsində yanğının genişlənməsi və YDM-a keçməsinin qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol