Qərb Ukraynaya iri həcmli maliyyə yardımı ayırmağa hazırlaşır
“Batkevşına”fraksiyasının rəhbəri Arseniy Yasenyuk islahatlar barəsində danışaraq bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün ilk növbədə ölkəyə siyasi stabillik lazımdır. Yasenyukun fikrinə görə, stabilik üçün Konstitutsiyaya dəyişklik etmək mütləq şəkildə gərəklidir.Yasenyuk daha sonra deyib: ”Ukraynanın səlahiyyətli hokumət formalaşdıracaq , ölkəni xaricdə təmsil edənlərə legitimlik ststusu verə biləcək parlamentə ehtiyacı var. İndi ölkədə iqtisadi inhisar hökm sürür. Biz istəyirik ki, Ukrayna bir neçə nəfərin ixtiyarında və inhisarında olmayan, azad biznes üçün şərait yaradılmış ölkəyə çevrilsin. Elə görünə bilər ki, Ukrayna Rusiyadan ucuz qiymətə qaz alır. Ancaq bu variant Ukraynanın Avropaya intiqrasiyasının qarşısını almaq ücün işə salınıb. Ukraynanın özünü enerji ilə təmin etmək imkanları var. Bu dağ mədənindən əldə edilən qaz, elektrik enerjisi və özümüzün ölkə daxilində hazırda çıxardığı neft və qazdır.A ncaq məsələ ondadır ki, bunun çoxunu oğurlayırlar. Ən böyük bəla korrupsiyadır .Əgər onun qarşısı alınsa, xaricdən asılılığımız xeyli azalar.
Ölkəmizdəki bank-kredit sistemi də dəyişməlidir. İndiki kimi böyük faizlə üç aylığa verilən kreditlərin əvəzinə uzunmüddətli az faizli kreditlər verilməlidir ki, iqtisadiyyat canlansın. Hüquq muhafizə orqanlarında islahatlar aparmadan ölkə inkişafa tərəf getməyəcək.Özünü vəhşi davranışları ilə tamamilə biabır hala salmış milis sistemi təxirəsalınmadan yenidən formalaşmalıdır.”
Bir neçə gün əvvəl isə Arseniy Yasenyuk bildirmişdi ki, onlar Avropa nümayəndələri ilə Ukraynaya hansı tərzdə yardımların edilməsi məsələsini müzakirə ediliblər və belə qənaətə gəlinib ki,bundan ötrü ilk öncə Konstitutsiya islahatları həyata keçirilməlidir.O deyib ki,biz dord bənddən ibarət islahat proqramını həyata keçirsək , stabillik üçün minumum yardım paketi 15milyard dollar təşkil edəcək.
Bu arada nməlum olub ki, Avropa Birliyi və Birləşmiş Ştatlar Ukraynaya iri maliyyə yardımı planı üzərində işləyir. Avropa Birliyinin xarici məsələlər üzrə xüsusi nümayəndəsi Ketrin Eşton “Wall Street Journal”a açıqlamasında yardımın yetərincə həcmli olacağını deyib.
Ketrin Eşton hələlik, konkret rəqəm səsləndirməsə də yardımın yetərincə irihəcmli olacağını deyib. Eşton onu da bildirib ki, bu yardımın ayrılması üçün rəsmi Kiyevin Beynəlxalq Valyuta Fondu ilə hər hansı uzunmüddətli saziş imzalamasına gərək yoxdur.
Yada salaq ki, Ketrin Eşton sonuncu dəfə Ukraynaya ötən həftənin əvvəlində gedib. Səfərin məqsədi hakimiyyət-müxalifət dialoquna vasitəçilik etmək olub. Yaxın günlərdə onun yardım təklifləri ilə Kiyevə bir daha səfər edəcəyi planlaşdırılır.
Avropa Ukraynadakı siyasi böhranın avrointeqrasiyanın xeyrinə çözülməsi yollarını aradığı bir zamanda Ukraynada müxalifət daha bir möhtəşəm mitinq keçirib. Musavat.com-un məlimatına görə, Bazar günü Maydana toplaşan müxaliflər “informasiya mitinqi” adlandırdıqları aksiyada hakimiyyətə yönəlik tələblərini bir daha səsləndirərək, Yanukoviç iqtidarını xalqın səsini eşitməyə çağırıb. Soyuq havanın Ukraynanı cənginə almasına baxmayaraq Maydana 100 minə yaxın insan toplandığı bildirilir.

Fevralın 1-dən 2-nə keçən gecə isə bu məsələ beynəlxalq qalmaqal səviyyəsinə qalxıb – səhərə yaxın 4-də Kanadanın Ukrayna səfirliyinin əməkdaşı olan bir qadının şəxsi avtomobili yandırılıb.
Milis yanğın faktların qeydə alsa da hələlik yanğını törədənlər və təşkilatçılar saxlanmayıb.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirə edilir. Müxalifət təmsilçiləri iddia edir ki, hakimiyyət tərəfdarları müxalifətçilərin əmlakını yandıranlara hər fakt üçün 300 qrivin (təxminən 150 manat) ödəyir.

Müxalifətçilər isə bu xəbəri uydurma sayır. Birləşmiş müxalifətin 2 fevral mitinqində çıxış edən liderlər bildirib ki, avtomobillərin yandırılması məsələsində “ələ keçən” tək şəxsin Gürcüstan vətəndaşı olması hakimiyyətin provokasiyasıdır. Məqsəd Qərbin sıx münasibətləri olan Gürcüstan vasitəsilə Ukraynada pozuculuq fəaliyyəti olması haqqında görüntü yaratmaqdır.
Vaqif
AzPolitika.info

Şərhlər