Rusiyanın Suriyadakı qırıcı və hücum təyyarələri Bəşər Əsədin rəqiblərinə zərbələr endirtmək üçün tam döyüş hazırlığı vəziyyətindədir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika xüsusi xidmət orqanları Ağ Evə məruzə edib.
“Qırıcı və hücumçular istənilən an zərbə endirməyə hazırdır, indilikdə buna qarşı heç bir maneə yoxdur”, - deyə Amerika kəşfiyyatına yaxın mənbə qeyd edib. Bu zaman o da bildirilib ki, kəşfiyyatın aşkarladığı avadanlıq və döyüş sursatlarını tam olaraq müdafiə xarakterli adlandırmaq olmaz.
Söhbət Suriyanın Latakiya əyalətinin aerodromunda yerləşdirilmiş 28 Rusiya hərbi təyyarəsindən gedir. Kəşfiyyatın informasiyasına görə, Suriyaya ümumilikdə 12 “Su-24” qırıcı-bombardmançı, bir o qədər “Su-25” hücum təyyarəsi və 4 “Su-30” qırıcısı gətirilib.


Şərhlər