Hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Bilik Fonduna Aparat rəhbəri təyin olunub.
İsaxan Vəliyev 1992-ci ildə hüquq elmləri namizədi, 2006-cı ildə hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. 100 -ə yaxın elmi əsərin, 4 monoqrafiyanın ,4 dərs vəsaitinin və dərsliyin müəllifidir. 2007-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq institutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiridir.
O, AMEA-nın prezidentinin Fəxri Fərmanı, Beynəlxalq Hüquq Təşəbbüs Fondunun, Avropa Nəşr Mətbuat evinin qızıl medalı ilə təltif olunmuşdur. İ. Vəliyev həmçinin BMT-nin sosial və iqtisadi məsələlər üzrə konsultativ səs hüququna malik olan “Sülh uğrunda mübarizə” Beynəlxalq təşkilatının sülh səfiridir.
2015-ci ilin iyul ayında Fransadakı Sofiya Antipolis Universitetinin fəxri professoru seçilmişdir.


Şərhlər