Menu

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edilib

03.10.2015, 12:30
Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edilib

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol