Menu

Namizəd rəy sorğusu keçirib: Deputatını tanıyanlar-38% (Foto, Video)

14.10.2015, 14:48
Namizəd rəy sorğusu keçirib: Deputatını tanıyanlar-38% (Foto, Video)

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanov maraqlı bir seçki kampanıyası keçirir. O, yalnız özünü seçicilərə tanıtmaqla qalmır, həm də onların problemləriylə bağlı rəy sorğuları keçirir. Əməkdaşımızla söhbətində seçicilərin etimadını qazanıb, onları təmsil etmək hüququ qazanacağı təqdirdə də bu fəaliyyətini dayandırmayacağını, əksinə, daha yüksək trubinalarda məsələ qaldıracağını bildirən deputatlığa namizəd, dünən keçirdiyi rəy sorğularının nəticələrini təqdim edib.

Həmin görüşdən çəkilən foto-şəkillərlə yanaşı, rəy sorğusunun nəticələrini də təqdim edirik:

134 ailə ilə görüş baş tutub. Seçicilərlə görüşdə əsasən onları ən çox maraqlandıran problemlərin həlli və işıqlandırılması məqdəsilə hesabat hazırlanıb. Görüş iştirakçılarının fikirləri barədə statistik nəticələr aşağıdakı kimidir.

Seçkidə iştirak etmək niyyətində olan sakinlər - 77%

Deputatını tanıyanlar - 38%

Deputata müraciət və nəticələr - 0%

Təhsil haqları və keyfiyyətindən razı qalanlar - 0%

İqtisadi mühit və sosial təminatı məqbul hesab edənlər - 33%

Kommunikasiya, informasiya və vicdan azadlığını qənaətbəxş hesab edənlər - 66%

İnsan hüquqlarına hörmət edildiyinə inananlar - 44%

İnsanları maraqlandıran digər problemlər isə gənclərin işsizlik , mənzil və ipoteka kreditlərinin kütləviləşdirilməsi və şərtlərinin yüngülləşdirilməsi ilə bağlı ümumi fikirləri ehtiva edir.

Nəticələrin olduğu kimi təhrif edilmədən işıqlandırılmasında məqsəd ölkə rəhbərliyinə həqiqi vəziyyət barədə bütün məlumatları ötürmək və problemlərin aradan qaldırılmasına ictimai dəstək verməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol