İsveçrə hakimiyyəti Rusiyanın sabiq kənd təsərrüfatı naziri Elena Skrınnikin 60 milyon frank həcmindəki bank hesablarına həbs qoyub.
AzPolitika.info-nun "İnterfax"a istinadən verdiyi məlumata görə, qanunsuz yolla əldə olunan pulların "yuyulması" ilə bağlı açılan cinayət işi çərçivəsində hazırda Fransada yaşayan sabiq nazirin 60 milyon frank (60 milyon dollar) dəyərindəki hesabları blok edilib.
Məumata görə, 2007-2012-ci illərdə Skrinnikin İsveçrədəki hesablarına müxtəlif yollarla 140 milyon dollar pul daxil olub.
İsveçrə prokurorları rusiyalı həmkarlarla birlikdə işi məhkəməyə çıxarmağı qərara alıblar.
Bundan əvvəl Rusiya tərəfi sabiq nazir müavini Aleksey Bajanovun 12 milyon frank həcmindəki hesablarına həbs qoyulması üçün İsveçrəyə müraciət etmişdi.
2009-2012-ci illərdə kənd təsərrüfatı naziri olmuş Skrınnik ondan əvvəl rəhəbrlik etdiyi "Rosaqrolizinq" dövlət şirkətindən 1,125 milyard rub oğurlamaqda ittiham olunur.


Şərhlər