Menu

Müdafiə nazirinin müavini 2 milyon rüşvətlə tutuldu - Video

12.02.2014, 11:54
Müdafiə nazirinin müavini 2 milyon rüşvətlə tutuldu - Video

Qazaxıstanda müdafiə nazirinin müavini külli miqdarda rüşvət aldığı zaman həbs edilib.

Avropa.info Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Baqdat Maykeyev 2 milyon dollar rüşvət aldığı üçün tutulub. Nazir müavininə rüşvəti iş adamları verib ki, onlara nazirliyinin tenderlərində onların iştirakına şərait yaratsın. General Astanadakı evinin qarşısında saxlanılıb.

B.Maykeyev bu vəzifəyə 2011-ci ildə təyin edilib və orduda dövlət sifariş alışı sahəsinə nəzarət edirdi.

Bu hadisə son bir ildə Qazaxıstanın Müdafiə Nazirliyində üçüncü qalmaqallı korrupsiya halıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol