Menu

“Zeytun bağı"nın sahibi özünü öldürmək istədi - "500 yüz minimi qaytarın" (Video)

05.11.2015, 13:55
“Zeytun bağı"nın sahibi özünü öldürmək istədi - "500 yüz minimi qaytarın" (Video)

Bakının Binəqədi rayonunda intihara cəhd olunub.

Məlumata görə, bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib,“Mənim 500 yüz minimi qaytarın” - deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”, deyib.

X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.  (APA)

* * * 

Binəqədi rayonu, 6-cı mikrorayonda restoran sahibi intihara cəhd edib.

Bu gün saat 09:45 radələrində 50-55 yaşlarında şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə çox sayda insan toplaşıb. İntihar cəhdinin qarşısını almaq üçün FHN və DİN əməkdaşları əraziyə cəlb olunub.

Musavat.com-a daxil olan məlumata görə, intihara cəhd edən şəxs “Zeytun bağı" restoranın sahibi olub.

İntiharın səbəbi restoranın sökülməsi olub.

Son məlumata görə, artıq həmin şəxs intihar etmək fikrindən daşındırılıb və FHN əməkdaşları tərəfindən binadan endirilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol