Menu

"Digər nazirlər də ibrət dərsi götürməlidirlər" - Siyavuş Novruzov

18.11.2015, 15:29
"Digər nazirlər də ibrət dərsi götürməlidirlər" - Siyavuş Novruzov

Əli Abbasovun YAP Siyasi Şurasında qalıb-qalmayacağına partiyanın İdarə Heyəti qərar verəcək

“Cənab prezidentin son vaxtlar bəzi nazirləri vəzifədən kənarlaşdırmasından digərləri ibrət dərsi götürməlidirlər”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Vəzifədən kənarlaşdırılanlar arasında hakim partiyanın rəhbərliyində də təmsil olunanların olduğuna toxunan S. Novruzov qeyd edib ki, işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb: “Başqaları da bundan dərs çıxarmalıdırlar. Ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər”.

Vəzifəsindən kənarlaşdırılan və prezidentin etimadını doğrultmadığı bildirilən keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun YAP Siyasi Şurası üzvlüyündə qalıb-qalmamasına münasibət bildirən S. Novruzov deyib ki, lazım gəlsə, buna partiyanın İdarə Heyətində qərar veriləcək: “Bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol