Menu

“Suriyada aviazərbələr yaxşı gedir, lakin bu, yetərli deyil” - Putin

20.11.2015, 19:17

putinnn“Suriyada aviazərbələr yaxşı gedir, amma bu, yetərli deyil”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərin Suriyadakı əməliyyatla bağlı məruzələrini dinləyərkən bəyan edib.

“Qarşıya qoyulmuş vəzifələr yaxşı yerinə yetirilir. Lakin bu, Suriyanı terrorçulardan təmizləmək və Rusiyanı mümkün terror aktlarından qorumaq üçün azdır”, - deyə o vurğulayıb.

V. Putin ümidvar olduğunu bildirib ki, Suriyadakı əməliyyatın növbəti mərhələləri də yüksək səviyyədə həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol