Menu

İran İsraili belə məhv edəcək - (VİDEO)

18.02.2014, 10:33
İran İsraili belə məhv edəcək - (VİDEO)

FaktXəbər-in "MashreghNyus" saytına istinadən verdiyi məlumata görə, İran kinomotoqrafları Fələstində İsrail əsgərləri tərəfindən qətlə yetirilmiş amerikalı Reyçl Aliene Korrienin xatirəsinə həsr edilmiş animasiya hazırlayıb. Amerikanın "Battlefield" oyununa cavab xarakteri daşıyan animasiyalı filmdə İsrailin işğalı altındakı Qüdsün azad edilməsindən bəhs olunur.

Video-rolikdə İran ordusunun havadan və qurudan təşkil etdiyi əməliyyat zamanı Təl-Əvivə daxil olması və köməyə gəlmiş Amerika qırıcılarının yox edilməsi də öz əks olunub. İranlı kinomotoqrafların hazırladığı animasiya İsrail rejiminin etirazı ilə qarşılanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol