İran İslam Respublikasının Rusiyadakı səfiri Mehdi Sənai “Kommersant” qəzetininə müsahibəsində Rusiya-İran münasibətlərinə dair maraqlı açıqlamalar verib. AzPolitika.info geopolitika ilə maraqlanan oxucuları üçün həmin müsahibənin tərcüməsini təqdim edir.
- Moskva ilə Tehran əmtəə-neft mübadiləsi sövdələşməsinin müzakirəsinə başlayıb. Bu mübadilə Rusiyanı İran neftinin böyük alıcısına cevirə bilər. Hazırda danışıqlar hansı mərhələdədir?
- Hal-hazırda bizim ölkələr arasında iqtisadi sfera üzrə memorandumun imzalanması məsələsi müzakirə edilir. 1990-cı illərin əvvəlində bu cür sənəd imzalanmışdı və indi onun yenilənməsi prosesi gedir. Biz energetikadan başlamış bank sektorunadək olan bir çox kompleks məsələlər barəsində danışıqlar aparırıq. Sadəcə olaraq detallar və bir neçə texniki məqamlar qalıb. Danışıqlarda söhbət əsas etibarı ilə İran neftinin Rusiyaya çatdırılmasından gedir. Bu şəkildə əməkdaşlıq tərəflər arasında heç də yeni deyil. İran əvvəllər Sovet İttifaqına qaz nəql edirdi. Yeni razılaşmanın əldə edilməsi ölkələrimiz arasındakı mal mübadiləsini artıracaq və əlbətdə ki, iqtisadi sferadakı əlaqələrimizi də gücləndirəcək.
- Rusiya ilə İran arasında hazırlanan müqavilələr haqqında məlumat ABŞ tərəfindən tənqidi reaksiya ilə qarşılanıb. Sizcə Vaşinqtonun narahatçılığını hesabdan silməyə ehtiyac vardırmı?
- Məsələ ətrafında qaldırılan səs-küy barəsində onu demək istəyirəm ki, bu memorandum heç bir beynəlxalq norma və qaydalara zidd deyil. Əlavə olaraq isə təkcə Rusiyanı İranla iqtisadi vəziyyəti gücləndirmək istəyən yeganə ölkə saymaq da olmaz. Belə ki, son həftələr ərzində Tehrana biznes heyəti kimi Avropa Birliyi, ABŞ da daxil olmaqla, bir çox ölkələrdən xeyli nümayəndə gəlib. Mən hesab edirəm ki, çətin günlərdə yanımızda olan rusiyalı dostlarımız İran bazarında üstünlük təşkil etməlidirlər. Bu normal sayılmalıdır. Ancaq Rusiya şirkətləri qərb sanksiyalarından ehtiyyat etməyərək İran bazarındakı yerlərini tutmağa tələsməlidirlər.
- Hazırlanan sövdələşmənin parametlərinə baxsaq görərik ki, söhbət gün ərzində 500 min ton İran neftinin Rusiyaya daşınmasından gedir?
- Mən hələlik müəyyən bir cavab verə bilmərəm. Biz indi yalnız daşınmanın həcmi barəsində müzakirə aparırıq. Ancaq konkret göstəricilər neftin haraya və necə daşınacağından asılı olacaq. Rusiya bir neçə variant təklif edib. Danışıqları aparanlara bu və ya digər qərarı vermək üçün vaxt lazımdır. Orada xeyli texniki məqamlar var. O da doğrudur ki, söhbət həqiqətən də gün ərzində bir neçə yüz min barel neftin daşınmasıdan gedir.
- Bəs bunun əvəzində Rusiya İrana nə göndərəcək? Rusiyalı məmurlar deyirlər ki, söhbət İrana maşın avadanlıqları, müxtəli növ metallar və taxıl göndərilməsindən gedir. Tehran bunda maraqlıdırmı?
- Bizim önümüzdə qarşılıqlı fəaliyyət üçün geniş palitralı imkanlar açılır. Təkcə müzakirə edilən bir neçə ideyanın adını çəkmək istəyirəm. Söhbət İranın özündə energetika sahəsində həyata keçırilə biləcək müştərək layihələrdən gedir. Məsələn mini neftayırma zavodunun tikilməsi kimi. Biz həmçinin Rusiya tərəfindən İranın cənubunda yerləşən Asaluy qaz yatağının işlənməsınə investisiya qoyulması barəsində danışıqlar aparırıq. Bundan başqa Rusiyadan bir neçə meqavatt elektrik enerjisinin alınması da müzakirə olunur və biz həmçinin avtomobilqayırma sahəsində əməkdaşlığımızı da genişləndirə bilərik. İran Rusiyaya İran Khordo və Saipa markalı avtomobollər göndərir və Rusiyanın ağır tonnajlı yük avtomobillərinin də öz ərazisində yığılmasını istəyir. (İranda artıq KAMAZ –ın yığma sexi mövcuddur). İran Rusiyadan dəmir yolu relsləri və taxıl alımasında da maraqlıdır. Hazırlanan müqavilə hər iki tərəf üçün əlverişlidir. Beləliklə İran Rusiyaya neft satacaq və bunun müqabilində isə özünü lazımı mallarla təchiz edəcək. Neft satışından əldə olunan gəlirin bir hissəsini İran, Rusiya şirkətləri tərəfindən tikilən Buşer Atom Elektrik Stansiyasının ikinci blokuna yönəldə bilər.
- ABŞ iddia edir ki, bu razılaşmalar İranın nüvə proqramı məsələsinin nizama salınmasına təşəbbüs göstərən altı ölkənin beynəlxalq vasitəçilərinin işinin pozulmasını gücləndirə bilər.
- Əvvəla mən artıq bildirmişdim ki, bu memorandum heç bir beynəlxalq normanı pozmur. İkincisi isə İran və Rusiya hər hansı üçüncü tərəfin təzyiqi ilə öz qərarlarını dəyişməyəcək. Tehran və Moskva ilk növbədə öz milli maraqlarını əsas götürür. İcazə verərsinizsə sizdən bir şey soruşmaq istəyirəm: ABŞ nə vaxtdan müstəqil dövlət olub?
- 18 əsrin sonlarında...
- Bəli. Tamamilə haqlışınız - 1776-cı ildə. Ancaq İran ilə Rusiya 1520-ci ildən bir-biriləri ilə səfir mübadiləsi etmişdilər. İkitərəfli münasibətlərin qurulması üçün Tehran və Moskvanın üçüncü tərəfdən icazə almasına ehtiyacı yoxdur.
- İranın eks-prezidenti Mahmud Əhmədinecad sanksiyaların ölkə iqtisadiyyatına hədsiz dərəcədə neqativ təsir göstərdiyini söyləmişdi...
- Bəli, əlbəttə ki, iqtisadi problemlər yaranmışdı. Bunda şübhə yoxdur. Ancaq deyilən kimi o cür böhran olmayıb. Hətta sanksiyalara baxmayaraq ölkəmiz dinamik inkişaf etməyə davam edib. İndi bizə qarşı olan sanksiyalar səngiyib və güman edirəm ki, bu da iqtisadiyyatımıza yeni impuls verəcək. Öz çıxışında prezident xarici investorları ölkəmizə dəvət edib.
- Ancaq ABŞ maliyyə nazirinin müavini Devid Koen bu günlərdə bildirmişdi ki, Vaşinqtonun nöqteyi nəzərindən “İran biznes aparmaq üçün qapalıdır”. O, həmçinin bu prinsipi pozanları sanksiyalarla hədələyib. Ola bilərmi ki, investisiyaların axını, ABŞ-ın dediyi kimi “altılıq”-la nüvə dosyesinə aid razılığa gəlinmədiyinə görə İranın marağını azaltsın?
- İran ciddi şəkildə bu müqavilənin imzalanmasında və reallaşmasında maraqlıdır. Bizim üçün mühüm olan ondan ibarətdir ki, danışıqların nəticələri həm İran, həm də ki, danışıqlarda iştirak edən digər ölkələr üçün sərfəli olsun. Bu əsasən danışıqları kiminsə hər hansı marginal mövzulara və ya qəbul edilməsi mümkün olmayan şərtlərə tərəf çəkməyə cəhd etməməsindən də asılıdır.
- Siz, ABŞ-ın İranın nəinki uranın zınginləşdirmək hüququnu məhdudlaşdırmağa, həm də onun raket əldə etməsinə qarşı olması cəhdlərini nəzərdə tutursunuz?
- Bəli, bunu da misal göstərmək olar. Bu cür şeylər danışıq prosesinə mane olur. Mən onu da anlayıram ki, ABŞ administrasiyasının belə bəyanatları daxili istehlak üçündür. Amma bunlar danışıqlara təsir etməməlidir. İranın özündə də nüvə proqramına aid danışıqların əleyhinə olanlar var. Beynəlxalq təmsilçilər bilməlidirlər ki, İran öz sülh məqsədi üçün nəzərdə tutulmuş nüvə enerjisindən istifadə etmək hüququndan bir addım da geri çəkilməyəcək.
- Deyəsən Moskva İrana “Antey-2500” (C-300 BM) raket kompleksini əvvəl nəzərdə tutulmuş C-300 raketlərinə alternativ kimi təklif edib. Bu təklif Tehranı qane edirmi?
- Biz C-300 raketlərinin İrana çatdırılması müqaviləsini keçərli və legitim sayırıq. Bu BMT-nin təhlükəsizlik qətnaməsinə zidd deyil və ona görə ki, müdafiə kompleksidir. İkincisi isə 1929 nömrəli qətnamə (Rusiyanın sövdələşmədən nə üçün imtina etdiyinə istinad kimi əsas gətirdiyi qətnamə) Moskva ilə Tehran arasında müvafiq müqavilənin bağlanmasından sonra qəbul olunub. Hər necə olsa da, bizim hərbçilər hesab edirlər ki, məhz C-300 raketləri İranın müdafiə ehtiyacları üçün daha çox yararlı sayılır. Hərbçilərimiz bu raketləri gözləyirlər.
- Öz parametrlərinə görə “Antey -2500” daha təkmildir...
- Bizim hərbçilər C-300 raketlərini daha münasib bilirlər.
- Buradan belə çıxır ki, ”Rosoboroneksport” şirkətinə qarşı İran tərəfinin qaldırdığı iddia, Cenevrə arbitraj məhkəməsindən yalnız əvvəlki müqavilə yerinə yetiriləndən sonra geri çağırılacaq?
- Bəli, lakin İran tərəfi bu məsələnin məhkəmə qərarına qədər gedib çıxacağına can atmayıb.
- Deməli məhkəməyə qədər mübahisənin nizama salınması hesabı da gedilir.
- Bəli, biz buna ümüd edirik. İran tərəfi arbitraj araştırması gedişinin müvəqqəti durdurulması yolunda addımlar atıb.
- İran xarici işlər naziri Cavad Zərif yanvar ayındakı Moskva səfəri zamanı demişdi ki, yaxın dövrlərdə prezident Putini İranda gözləyirlər. Bu səfər nə zaman baş tuta bilər?
- Ünumi razılaşmaya görə prezident Vladimir Putinin İrana səfəri nəzərdə tutulub, amma dəqiq vaxt hələlik müəyyən edilməyib.
Qeyd: Məlumat üçün bildirək ki, “Rosoboroneksport” şirkəti ilə İran arasında C-300 raket komplekslərinin satışı ilə əlaqədar tərəflər arasında müqavilə imzalanmışdı. Lakin hansısa səbəblərə görə Rusiya İrana C-300 raket komplekslərini satmaqdan imtina edib. Ona görə də, İran İsveçrənın Cenevrə şəhərində yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək “Rosoboroneksport” şirkətinə qarşı 4 milyard ABŞ dolları həcmində təzminat ödənilməsi ilə bağlı iddia qaldıırıb. Ancaq Tehran Rusiyanın müqavilənin şərtlərinə əməl edəcəyi təqdirində iddiasını geri götürəcəyini bildirir.
V.Nəsibov
AzPolitika.info

Şərhlər