Menu

Azərbaycanda balıqçıları yeni cərimələr gözləyir

10.12.2015, 19:48
Azərbaycanda balıqçıları yeni cərimələr gözləyir

Azərbaycanda balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər üçün yeni cərimələr müəyyənləşdirilir.

Bu barədə Trend-ə Milli Məclisdən bildirilib. Belə ki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yeni dəyişikliklərə əsasən, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslər 1000, vəzifəli şəxslər 3000, hüquqi şəxslər isə 15 min manat miqdarında cərimə edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol