Menu

Xarici Kəşfiyyat Xidmətinin rəisi kimdir?

14.12.2015, 16:10

serencam ilhamXəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.

Orxan Sedyar oğlu Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bu barədə ilk xəbəri AzPolitika.info yayıb

Virtualaz.org-ın məumatına görə, Orxan Sultanov bundan əvvəl Xarici İşlər Nazirliyi sistemində işləyib. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb.

O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol