UNEC-də “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib
Yanvarın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən ilk görüşdə təhsil və digər sahələr üzrə tanınmış QHT nümayəndələri və təhsil ekspertləri qış imtahan sessiyasının gedişini izləyiblər.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü,

İmtahan prosesini yaxından izləyən monitorinq qrupu tələbələrlə də söhbətlər ediblər. Monitorinq qrupunun üzvləri sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektorla görüşdə ali təhsilin qarşısında duran məsələlər, həmçinin problemlərlə bağlı müzakirələr aparılıb.
UNEC-də imtahanları izləyən monitorinq qrupunun üzvlərinin təəssuratları:

-Bu universitet innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir. Bu yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib.
Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev:

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov:

Təhsil üzrə ekspert Nadir İsrafilov:

İqtisad Universitetində yaradılan imtahan sistemi dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək nümunəsidir. Biz burada şəffaf imtahan mühiti müşahidə etdik. Çox xoş təəssüratla ayrılıram.

“XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev:
- Bu gün böyük tərkibdə müşahidəçi qismində bir neçə saat imtahanların gedişatını izlədik. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. Tələbələrlə söhbətlərdən məlum oldu ki, onlar yekdilliklə bu imtahan üsulunu bəyənirlər. Hesab edirəm ki, bu cür nümunələr öyrənilməlidir. UNEC imtahanlara vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələrinin cəlb olunmasına şərait yaradan ilk ali məktəbdir. Bu faktın özü təhsil haqqında mövcud qanunvericiliyə hörmətlə yanaşmanın bariz nümunəsidir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhvəsini verəcəkdir.

- Biliyin şəffaf qiymətləndirilməsi üçün gözəl infrastruktur yaradılıb. Xüsusilə elektron appelyasiya, mükəmməl imtahan götürmək proseduraları. Həm də bütün bunların İKT ilə təşkil olunması forması təqdirəlayiqdir. Müşahidə etdiyim ən vacib məqamlardan biri o idi ki, tələbələr çox rahat və sərbəst idilər. Müəllimləri də bir çox qayğılardan azad gördük. Bu, eyni zamanda bilik qazanmaq üçün yaxşı mühitin yaradılmasından xəbər verir. Yaradılan mühit imtahan prosesində korrupsiyanı sıfıra endirib. Bu da ən vacib olan bir məsələdir.

- İkinci dəfədir ki, UNEC-də müşahidəçi qismində oluruq. UNEC rəhbərliyi şəffaflığın və obyektivliyin təmin olunması ilə bağlı iddialarını önə çəkir. Biz bunu dəyərləndiririk. Texniki heyətin imtahanda texniki problemləri operativ şəkildə həll etməsi də imtahanın yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Təhsil üzrə mütəxəssis Böyükağa Mikayıllı:
- Çox novator bir ənənəni müşahidə etdik. Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksək səviyyədə mütəxəssis və vətəndaş hazırlığına xidmət edən məsələlərdir. Bir jurnalsit və ekspert kimi bu prosesləri alqışlayıram.







Şərhlər