Menu

Madrid "Atletiko"sundan Xocalı şəhidlərinə ehtiram

26.02.2014, 18:17
Madrid "Atletiko"sundan Xocalı şəhidlərinə ehtiram

İspaniyanın öncül futbol klublarından olan "Atletiko" (Madrid) liqada oynayacağı "Osasuna" və "Real" (Madrid) qarşılaşmalarında Xocalı qırğını qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sahəyə qara bantla çıxacaq.

Türkiyə mediasının xəbərinə görə, bu barədə klubdan açıqlama yayılıb.

Açıqlamada bildirilir ki, Madrid klubunun futbolçuların formasındakı "Land of fire - Azerbaican" sloqanına qara bant əlavə ediləcək.

Ayrıca komandanın ulduz futbolçusu, türkiyəli Arda Turan və digər bəzi oyunçuların hazırladığı Xocalı qırğınını qınayan və dünyada sülhünü dəstəkləyən film klubun internet səhifəsinə yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol