Menu

Mərkəzi Bankın valyuta ehtiyatları 8,7 milyard dollar azalıb

22.01.2016, 16:35
Mərkəzi Bankın valyuta ehtiyatları 8,7 milyard dollar azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il yanvar ayının 1-ə 5 mlrd. 16,7 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 mlrd. 741,6 mln. dollar və ya 2,74 dəfə azdır.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 1 mlrd. 228,9 mln. manat və ya 19,67% azalıb.

Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları bu səviyyədə 2009-cu ilin avqust 30-da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol