Menu

"Yeni büdcə layihəsi Milli Məclisə təqdim olunub" - Samir Şərifov

06.02.2016, 13:12
"Yeni büdcə layihəsi Milli Məclisə təqdim olunub" - Samir Şərifov

Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub.

APA xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Sabirabad ictimaiyyəti ilə görüşündə bildirib.

“Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi. Prezidentin göstəriş və sərəncamları bizdən çevik tədbirlər görməyi tələb edir”, - deyə nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol