Menu

Rusiya baş naziri Ermənistana səfər edəcək

18.02.2016, 11:28
Rusiya baş naziri Ermənistana səfər edəcək

Rusiya baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirin müavini Suren Karayan “Aykakan Jamanak” nəşrinə deyib.

Səfərin mart-aprel aylarında baş tutacağını deyən S. Karayan bildirib ki, həmin vaxt İrəvanda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının növbəti toplantısı planlaşdırılır: “İlkin razılaşmaya əsasən, iclas aprel-mart aylarında keçiriləcək. Hazırda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçıları ilə tarixlə bağlı danışıqlar aparılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol