Menu

İtən təyyarənin qalıqları tapıldı: 23 ölü - Yenilənib

24.02.2016, 15:23

45cfc33e1e6b36df29b58dbffbb6763dNepalda bu səhər dağlıq bölgədə itdiyi deyilən Tara Hava Yollarına aid sərnişin təyyarəsinin qalıqları tapılıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bölgədəki axtarışlar nəticəsində hadisə zamanı təyyarədə 2-si xarici vətəndaş olmaqla ümumilikdə 23 nəfərin öldüyü açıqlanıb. Açıqlamada cəsədlərin tamamilə yanıb külə döndüyü deyilir. Həmçinin bildirilir ki, sərnişinlərdən 2-si Çin və Küveyt vətəndaşı, qalan 21 nəfər isə Nepal vətəndaşıdır. Sərnişinlər arasında 2 uşaq da olub.

Qeyd edək ki, Jomsom kəndindən Pokhara şəhərinə gedən Tara Hava Yollarına aid 23 nəfəri daşıyan sərnişin təyyarəsi səhər saatlarında dağlıq bölgədə radardan yoxa çıxıb. Polis nümayəndəsinin verdiyi məlumata görə, təyyarə qalxdıqdan 18 dəqiqə sonra yerə düşüb.

***

Nepal dağlarında təyyarə yoxa çıxıb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, "Tara Airlines" aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə fevralın 24-də səhər saatlarında itib.

"Twin Otter" təyyarəsinin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub.

Yerli məmurların bildirdiyinə görə, təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal olunur.

Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.

Pokhar-Comsom arasında məsafə 50 km-dir, qrafik üzrə uçuş 18 dəqiqə çəkir. Dağlıq ərazilərə səyahət edənlər Comcomdan yola salınır. İki aeroport arasında uçuş-enmə zolağı yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol