Ərəb hökmdarların satqınlığı genetik mərəzdir!
Mirzə AĞ
Giriş
Bu yazı təxminən, 1 il bundan əvvəl «AzPolitika.info» onlayn qəzetində dərc olunub. Bu gün Suriyada cərəyan edən hərbi-siyasi proseslər və bu mövzuya həsr etdiyim «SURİYADA LİVİYA SİYASƏTİ - ABŞ dünyanı aldadır, Rusiya da buna «züy tutur»» başlıqlı məqaləmə yazılan bəzi «şərh»lər mövzunun nə qədər aktual olduğunu ortaya qoyur. Bu gerçəyi nəzərə alıb da məqanəni təkrar olaraq hörmətli oxucuların diqqətinə təqdim edirəm.
Məqaləmə yazılmış bəzi «şərh»ləri oxuyandan sonra, növbəti dəfə əmin oldum ki, nadanlıq necə tühaf bir keyfiyyətsizlikdir. Sonra fikirləşdim ki, «milçək özü heç nədir, amma ürək bulandırar...». Davam edimmi?..
Ərəb hökmdarların satqınlığı genetik mərəzdir!

Yayılan bir məlumatda (İtaliyanın “Corriere della Sera” qəzeti ) deyilir ki, Liviya Cumhuriyyətinin başçısı, mərhum M.Qəddafini Fransa kəşfiyyatına, digər ərəb hökmdarı Bəşər-ibn Hafiz (Əsəd) satıb! Belə ki, Bəşər-ibn Hafiz, Qərbin Suriyaya yönəlik basqılarının bir qədər yumşaldılması (görünür, bunun sayəsində cənab Bəşər daxili təzyiqlərə davam gətirmək və əleyhdarlarına qalib gəlmək məqsədi güdüb) qarşılığında ərəb həmkarı M.Qəddafinin peyk telefonunun nömrəsini Fransanın sabiq prezidenti N.Sarkoziyə verib. Məlumata görə, Sarkozinin də öz növbəsində, M.Qəddafi ilə xüsusi haqq-hesabı olub. Belə ki, Qəddafi, Sarkozini prezident seçkilərini saxtalaşdırmaq istiqamətində iri məbləğdə puldan istifadə etdiyi barədə əlində olan faktları geniş ictimaiyyətin diqqətinə çatdırmaqla hədələmişdi. Məhz bu səbəbdən dolayı, sözügedən kəşfiyyat materialından yararlanmaq üçün Sarkozinin hər cür əsası olduğu önə çəkilir. Bildirilir ki, Əsədin ötürdüyü məlumat əsasında Fransa tərəfi NATO qüvvələri ilə əlaqəyə girərək, M.Qəddafinin yerini müəyyənləşdirib ki, sonrası da hamıya məlumdur. Məlumatda həm də belə bir məqam önə çəkilir ki, Liviya üsyançı qüvvələrinin əlinə keçmiş yaralı Qəddafini, üsyançıların dəstəsinə soxulmuş bir Fransa kəşfiyyatçısı güllələyib!
Bu satqınlığın qarşılığında Fransa hökuməti Bəşər-ibn Hafizə verdiyi zəmanətə nə dərəcədə «sadiq» qaldığını Suriyada və onun ətrafında cərəyan edən proseslər açıq-aydın göstərir – bu barədə bir qədər sonra söhbət açacam...
Digər bir məlumatda (2012) isə xəbər verilir ki, Bəşər-ibn Hafiz indi də qonşu Türkiyəni hədəfə götürüb və Ankaranı təhdid edən cəfəngiyatlar səsləndirməkdən çəkinməyib: «Rəsmi Ankara Suriyanın daxili işlərinə qarışmasın. Əgər Türkiyə bunu davam etdirsə, Suriya hökuməti əlində olan raketləri və digər silahları PKK-nın sərəncamına verəcək...». Bu da mahiyyət etibarilə, satqınlığın başqa bir formasıdır. Nədən ki, PKK-nın qəsdi Türkiyəni parçalamaqdır ki, separatçı hörgüt bu yolda neçə onillik ərzində Türkiyəyə qarşı silahlı basqılar – terror hərəkətləri sərgiləyir. Hafiz oğlu Bəşər də bu məsələdə PKK-ya silah yardımı etmək niyyətini gizlətmir.
Əslində, Əsədin bu davranışında yeni heç nə yoxdur və hər kəsə məlumdur ki, ötən onilliklər ərzində Suriyanın Türkiyə ilə sərhəd bölgəsində PKK-nın ən böyük təlim düşərgələrindən biri fəaliyyət göstərib. Ötən dövr ərzində Türkiyə dövlətinin çoxsaylı tələblərinə rəğmən, Hafiz oğlu Bəşər düşərgənin bağlanması və PKK-çıların ölkəsindən çıxarılması istiqamətində heç bir əməli tədbir görməyib, əksinə, sonuncuya göstərdiyi köməkliyi bir qədər də artırıb...
Əlavə etmək lazımdır ki, PKK-nın belə təlim düşərgələrindən biri də İraqın şimalında - Türkiyə ilə sərhəd bölgəsində yerləşir. Son İraq müharibəsinin nəticəsi olaraq, bu ərəb dövlətində hakimiyyətin mahiyyəti ərəblərin zərərinə, köklü surətdə dəyişsə də, hələlik, İraq ərəb dövləti sayılır və onun hazırkı ərəb baş naziri Türkiyəyə qarşı düşmən mövqeyi sərgiləyir.

Maraqlıdır ki, ərəb hökmdarların satqınlığı, riyakarlığı, namərdliyi təkcə Hafiz oğlu Bəşərin və ya başqa bir əməvi-bədəvi ərəb nadürüstün murdar davranışı ilə sərhədlənmir. Araşdırma və müşahidələr göstərir ki, SATQINLIQ – ərəb elitasının qanından qaynaqlanır, başqa sözlə, GENETİKDİR!
Qənaətimi əsaslandırmaq məqsədilə Yaxın Şərqin yaxın keçmişinə ötəri bir ekskurs etmək məcburiyyətindəyəm.
Məlum olduğu kimi, Bəşər Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin oğludur. O da məlumdur ki, 1967-ci ildə baş vermiş 6-cünlük müharibənin nəticəsi olaraq, Suriya İordan çayının qərb sahildindəki bəzi ərazilərini itirib (Çolan təpələri). Birləşmiş Millətlər Təşkilatı (BMT) və BMT üzvü olan bir çox dövlətlər həmin toraqları işğal olunmuş ərazi elan etmişdir. İsrail isə həmin ərazini mübahisəli ərazi kimi təqdim edir. Prezidentliyi dövründə nə Hafiz Əsəd, nə də onun oğlu Bəşər, öz hakimiyyətini qoruyub saxlamaq xatirinə, itirilmiş ərazilərin qaytarılması istiqamətində əməmiyyətli bir çalışma ortaya qoymayıblar ki, bu da Fələstin ərəblərinin maraqlarına qarşı yönəlmiş satqın əxlaqın təzahüründən başqa bir şey deyil.
Digər bir tarixi fakt göstərir ki, 1958-ci ildə ərəb xalqının böyük oğlu – Misirin mərhum prezidenti K.Ə.Nasirin nüfuzu və çalışmaları sayəsində yaradılmış Birləşmiş Ərəb Respublikasının süqutu da Suriyanın satqın siyasəti sayəsində baş tutmuşdur (1961). O zaman Suriya hərbçiləri çevriliş edərək, K.Ə.Nasirin Dəməşqdəki xüsusi nümayəndəsi marşal Əmiri ölkədən qovaraq, Suriyanın BƏR-nın tərkibindən çıxdığını elan etmişdilər. Sözügedən marşal Əmir isə sonradan, Misirin müdafiə naziri oldu və 6-günlük müharibə zamanı (1967) elə bir fəaliyyətsizlik nümayiş etdi ki, bunun sayəsində İsrail ordusu cəmi 3 saat ərzində Misir kimi nəhəng hərbi potensiala malik olan bir dövlətin (qeyd etmək yerinə düşər ki, o illərdə Misirin arxasında SSRİ kimi bir nəhəng dayanmışdı) aviasiyasını tamamilə sıradan çıxartdı, ordusunu isə pərən-pərən edərək, Sina yarımadasını ta, Süveyş kanalı sahilinə qədər işğal etdi! Tarixçilərin bir çoxu marşal Əmirin həmin müharibə zamanı görünməmiş fəaliyyətsizliyinin məhz K.Ə.Nasirin ərəb dünyasında və ümumiyyətlə, Yaxın Şərqdə durmadan artan nüfuzuna yönəlik qısqanclıqdan qaynaqlandığını iddia edirlər. Bu da ərəb satqınlığının bir başqa pataloji forması...
Ərəb satqınlığının ən bariz nümunələrindən biri də 1979-cu ildə İsrail hökumətinin başçısı Benahem Beqin və Misir prezidenti Ənvər Sədat arasında, Vaşinqtonda imzamlanmış separatçı müqavilədir (tarixə Kemp-Devid razılaşması kimi daxil olub) ki, onun sayəsində də Misir və ardınca bəzi digər ərəb dövlətləri İsraili ilk dəfə tərəf-müqabil dövlət kimi tanımağa məcbur olmuşdular. Bəzi mənbələrin məlumatına görə Misirin ozamankı prezidenti Ənvər Sədat mason lojalarından birinin üzvü olub. Bununla da Misir, Suriya, İordaniya və digər ərəb dövlətləri Fələstini bu tarixi dönəmdə meydanda tək qoymuş oldular. Bu da ərəb satqınlığının obiri sifətidir...

Məqamı çatdığı üçün bir məsələnin də üzərində dayanmaq pis olmazdı. Məlumdur ki, Fələstin toraqlarında İsrail (yəhudi) dövlətinin yaradılması haqqında BMT qətnaməsi (1947), bununla paralel olaraq, ərazidə Fələstin ərəb dövlətinin də yaradılmasını nəzərdə tutur. Lakin ötən dövrdə ərazidə İsrail dövləti yaradılsa da, hələlik Fələstin ərəb dövləti yaradılmayıb. İsrail siyasətçiləri bunun günahını məhz ərəb dövlətlərinin özlərində axtarmağı iddia edir. Bildirilir ki, bölgənin ərəb dövlətləri öz siyasətlərində məlum ərazidə Fələstin dövlətinin yaradılmasını yox, ona aid ediləcək torpaqların öz aralarında bölüşdürülməsinə üstünlük verirlər. Aydındır ki, Fələstin liderləri də buna razılıq vermirlər. Buna misal olaraq, bir faktı önə çəkmək istəyirəm. Heç kimə sirr deyil ki, hər dəfə İsrail Qəzza bölgəsini bombalayanda, əraziyə zirehli texnika və cəza dəstələri yeridən zaman, Misir dövləti (Hüsnü mübarəkin prezidentliyi dövründə) Qəzza ilə sərhəd-keçid məntəqələrini bağlayaraq, Fələstin qaçqınlarının Misir ərazilərinə keçməsinə imkan verməyib. Beləliklə də bu «böyük əsir düşərgəsi»ndə fələstinlilər öz faciələri ilə göz-gözə qalıblar. Bundan da şərəfsiz davranış olarmı?

Ərəb satqınlığına misal olaraq minlərlə faktı ortaya qoymaq olar. Lakin hesab edirəm ki, ərəb hökmdarlarının zaman-zaman nümayiş etdirdiyi satqınlığın genetik mahiyyətli olmasına barmaq tuşlamaq üçün yazdıqlarım da kifayət edər. Odur ki, ərəblə hər-hansı münasibətdə olanda, məhz bu prizmadan çıxış etməyin vacibliyini unutmaq lazım deyil...

Şərhlər