Menu

Azərbaycanda kazinoların yaradılması təklif edilir

04.03.2016, 13:06
Azərbaycanda kazinoların yaradılması təklif edilir

Azərbaycanın turizm regionlarında xarici ölkələrdən turistlər cəlb etmək üçün kazinoların yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat qeyd edib ki, bir sıra ölkələr bu təcrübədən istifadə edir və kazinolar vasitəsilə turistlər ölkəyə cəlb edilir.

Q.Həsənquliyev deyib: "Azərbaycana həm turistlərin gəlməsi, həm də xarici valyutanın cəlb edilməsi üçün ölkənin turizm regionlarında kazinolar yaradıla bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol