Türkiyə təhlükəsizlik gücləri ölkənin cənubi-şərqində həyata keçirilən anti-terror əməliyyatlarında növbəti itki verib. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mardin vilayətinin Nusaybin mahalında 3 əsgər şəhid olub.
Mahalda bu gün səhər saatlarında terrorçuların əl istehsalı olan partlayıcı ilə təşkil etdiyi hücumda da 1 xüsusi hərəkat polisi şəhid olmuşdu. PKK-nın qazdıqları xəndəklər, qurduğu barrikadalar və həyata keçirdiyi terror aktları ilə əlaqədar martın 14-də küçəyə çıxma qadağasının davam etdiyi mahalda əməliyyat davam edir.
Eyni zamanda, təhlükəsizlik qüvvələri də kürd terrorçularına ciddi zərbə vurub. Son iki gündə PKK-nın 30-dan çox üzvü küçə iti kimi məhv edilib.


Şərhlər