Rusiya KİV-nin yaydığı məlumata görə, dövlət başçısına «tam etimad göstərirəm» və ya «böyük ehtimalla etimad göstərirəm» mövqeyində olanların sayı 10 faiz azalıb. Bunu Levada Mərkəz təsdiqləyir. Belələrinin 2015-ci ildəki sayı (83 faiz) indi 73 faizə enib (Exo Moskvı).
Rusiyalılarn öz prezidentlərinə yönəlik hisslərində «heyranlıq» 2 faiz, rəğbət 7 faiz azalıb, biganəlik və ehtiyatkarlıq isə artıb.
Buna baxmayaraq, Vladimir Putinin xarici siyasətini dəstəkləyən rusiyalıların sayı 16 faizdən 22 faizə qədər yüksəlib. Rəyi soruşulanların 65 faizi onun növbəti dəfə prezident seçilməsini arzuladığını bildirib.
AzPolitika.info


Şərhlər