Menu

Nəzarət Palatasının rəhbərliyinə yeni təyinatlar

29.03.2016, 15:47
Nəzarət Palatasının rəhbərliyinə yeni təyinatlar

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazim oğlu Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü təyin edilib.

"APA-Economics" xəbər verir ki, digər sərəncamla İbrahim Əsəd oğlu Alışov Palatanın baş icraçı direktoru vəzifələrinə təyin edilib.

İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ. Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

İbrahim Alışov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ. Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edib.

Xatırladaq ki, bundan öncə Nigar Ramiz qızı Məmmədova Palatanın Direktorlar Şurasının sədr müavini təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol