Menu

Daha iki vəkil cəzalandırılıb

01.04.2016, 19:25
Daha iki vəkil cəzalandırılıb

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində vəkillər - Bəhruz Bayramov və Elçin Sadıqovla bağlı daxil olan şikayətə baxılıb.

"Report"un xəbərinə görə, iclasda B.Bayramova töhmət verilməsi, E.Sadıqova isə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, hər iki vəkillə bağlı Ali Məhkəmənin hakimi Fərhad Kərimov VK-ya şikayət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol