Menu

QHT-lərin bank hesablarından həbs qərarı götürülür - Baş Prokurorluqdan təqdimat

06.04.2016, 11:52
QHT-lərin bank hesablarından həbs qərarı götürülür - Baş Prokurorluqdan təqdimat

Baş Prokurorluq QHT-lərin bank hesablarından həbs qərarının götürülməsi ilə bağlı məhkəmələrə təqdimat göndərib

Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) və onların rəhbərlərinin bank hesabları üzərindən qadağanın götürülməsi üçün məhkəmələrə təqdimat göndərib.

Bu barədə "Report"a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib.

O deyib ki, məhkəmələr bununla bağlı qərarlar verərək banklara göndərirlər: "QHT-lərin və onların rəhbərlərinin hesabları bankların müxtəlif filiallarında olduğu üçün bəzi ləngimələr olur. Burada müəyyən müddət lazımdır. Hər bir məhkəməyə təqdimat göndərilib. Yəni, məhkəmə qərar qəbul etdikdən sonra banklara təqdim edir. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan təşkilatların və onların rəhbərlərinin şəxsi hesabları bağlı idi. Üzv olan səkkiz təşkilatdan üçünün hesabından qadağa götürülüb, sonrakı mərhələdə də beş təşkilatın bank hesabı üzərindəki qadağa götürüləcək".

Ə.Nuriyev qeyd edib ki, məsələ bu həftə ərzində tamamilə həllini tapacaq: "Həmin təşkilatların nümayəndələri hər hansı problemlə qarşılaşarlarsa, mənə müraciət edə bilərlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol