Menu

Sabunçuda iki nəfər özünü öldürüb

11.04.2016, 12:47
Sabunçuda iki nəfər özünü öldürüb

Bakının Sabunçu rayonunda iki nəfər intihar edib.

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Balaxanı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov və Ramana qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadıqları ünvanlarda özlərini asıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol