DÖVLƏTİN MİLYONLARINI ƏRİDƏN ŞİRKƏT... - "İmprotex"in pulları hara gedir? - Araşdırma

Neft pulları ölkəyə ayaq açar-açmaz dövlət orqanları, yüksək ranqlı məmurlar üçün xidməti avtomobillərinin alınmasına başlanıldı. Bu avtomobillərin sayı və markası artdıqca, büdcədən ayrılan vəsait də çoxaldı. İqtisadçı ekspertlər büdcə ayrılmaları haqda açıqlama versələr də, büdcədən hansı marka avtomobildən neçə ədəd və hansı dövlət qurumu üçün alınması barədə heç bir məlumatın olmadığını dedilər.

“Büdcə normativi müəyyənləşdirmir”

Adının açıqlanmasını istəməyən iqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, həmin qərar daha çox maşınların say həddini, eləcə də maşınların yürüşünü və istehlak edəcəyi yanacağı müəyyənləşdirir: “Büdcə normativi müəyyənləşdirmir ki, hansı həddə maşına minmək olar. İkincisi, çeşid məsələsidir. Baxın avtomobil parkına, hər çeşiddə maşın var. Beynəlxalq təcrübədə necə ki, geyim uniformaları var, unifikasiya olunmuş maşın parkı olur. Bu, həm büdcədə səmərəlilik baxımından, həm də ayrı-ayrı məmurların daha bahalı, dəbdəbəli avtomobildə gəzmək iştahasının qabağını almaq baxımından çox vacibdir”.

Bir neçə il öncə İqtisadi Tədqiqatlara Yardım Mərkəzi xidməti avtomobillərə ayrılan vəsaitə işıq tutdu. Belə ki, iqtisadçı Azər Mehtiyevin açıqlamasına görə, hələ 2012-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda təxminən 1 milyon 135 min avtomobil olub: «Amma onlardan neçəsinin xidməti maşın olmasını dəqiqləşdirə bilmədik. Daha doğrusu, Azərbaycanda xidməti maşınların statistikasının aparılmadığını bildirdilər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir».

Hazırda ölkədə manatın devalvasyaya uğraması da dövlət qurumlarının maşın almaq sevdasını gözündə qoymayıb. Belə ki, yenə də adının açıqlanmasını istəməyən iqtisadçı deyir ki, 2016-cı ildə nəqliyyat vasitələrinin alınmasına dövlət büdcəsindən 6.5 milyon manat ayrılıb: “İllər üzrə sadalasaq, 2007 – 86.7 milyon manat, 2008 – 33.6 milyon, 2009 – 45.3 milyon, 2010 – 32.0 milyon, 2011 – 40.9 milyon, 2012 – 28.3 milyon, 2013 – 42.3 milyon, 2014 – 24.6 milyon, 2015 – 24.5 milyon manat vəsait ayrılıb. Bu illər ərzində büdcə sektoru üçün nəqliyyat vasitələrinin alınmasına 358.2 milyon manat xərclənib”.

Məmurların sərəncamında olan maşınların sayı bəlli deyil

İqtisadçının sözlərinə görə, bu gün məmurların sərəncamında dəyəri 100-150 min dollar aralığında dəyişən 7-ci seriya “BMW” və “S” klass “Mersedes”lərin sayı-hesabı yoxdu: “Dəfələrlə vətəndaş cəmiyyəti təkliflər etdi ki, hökumət bütün büdcə təşkilatlarının avtomobil parkı, il ərzində alınan yeni maşınların sayı, markası və qiymətləri ilə bağlı məlumatları saytlarda yerləşdirsinlər, amma bu təklifə heç kim əməl etməyib. İndi kim bu suala cavab verə bilər ki, hazırda dövlət orqanlarına nə qədər avtomobil xidmət edir, növə görə onların tərkibi necədir? Bunu heç kim bilmir”.

“BMW” markalı maşınları ölkəyə kim gətirir?

Elə iqtisadçının sadaladığı avtomobil markalarından birinin – “BMW” avtomobillərinin arxasınca getdik. Bu avtomobilləri ölkəyə keçmiş nazir Fizuli Ələkbərov və qardaşı Nizami Ələkbərovun (İsmayıllı rayonunun keçmiş icra başçısı) qurduğu “İmprotex Motors” şirkəti gətirir. Nazir olduğu dönəmdə şirkəti F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova və oğul Vüqar Ələkbərov idarə edib və şirkət keçmiş nazirin dostu olduğu deyilən Həsən İsmayılovun adına rəsmiləşdirilib. Hazırda şirkəti vəzifədən uzaqlaşdırıldıqdan sonra yenə də Fizuli Ələkbərov idarə edir. Bunu onun oğlu Vüqar Ələkbərov  müsahibəsində də (http://virtualaz.org/bugun/38576)  deyib.

Fizuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edib. Onun nazir postundan uzaqlaşdırılmasına oğlu Vüqarın İsmayıllı rayonunda yerləşən otelindəki qarşıdurma səbəb olub. Belə ki, 2012-ci il yanvar ayının 23-24-də İsmayıllı rayonunda V.Ələkbərovun

sahibi olduğu “Çıraq” otel yandırılıdı. Otel “Vafi” MMC-yə məxsus idi. Vergilər Nazirliyindəki bazada “Vafi” MMC-nin təsisçisi kimi Vüqar Ələkbərovun adı göstərilir. Sənəd ortaya çıxdıqda böyük səs-küyə səbəb oldu və jurnalistlərin məlumat əldə etmək üçün istifadə etdiyi səhifə qapadıldı. Bununla bərabər oteldə baş verən qalmaqaldan sonra rayonda iğtişaşlar baş verdi. Rayonun icra başçısı Fizuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da öz vəzifəsindən azad edildi. Yerli camaat iğtişaşlara otelin priton xidməti göstərməsini, Vüqar Ələkbərovun onları təhqir etməsini səbəb göstərsə də, nəticə bir neçə nəfərin həbsi ilə yekunlaşdı. Onların arasında ReAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da var. Sonradan İsmayıllı hadisələri zamanı həbs olunan yerli sakinlər azadlığa buraxılsa da bu, İlqar Məmmədova və Tofiq Yaqubluya şamil olunmadı. Onlar hadisə günü İsmayıllıda olmasalar da, kütləvi iğtişaşlara çağırışetmə maddəsi ilə həbs olunublar. T.Yaqublu bu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. İlqar Məmmədovun işi isə təkrar məhkəmə baxışındadır.

Şirkətlər qrupu “İmprotex”

“İmprotex Group”-un tarixinə baxaq. Hələ 1991-ci ildə qurulan “İmprotex” MMC sonradan böyüyərək holdinqə çevrilir. 1996-cı ilin 14 sentyabrında isə Bakıda “İmproşop” mağazalar şəbəkəsi açılır. Bu haqda məlumat Heydər Əliyevin hakimiyyəti illərində iştirak etdiyi görüş və səfərlərini, nitqlərini əks etdirən kitabda verilib. Həmin şəbəkənin açılışında eks prezident Heydər Əliyev çıxış edir.

Getdikcə böyüyən holdinqə aşağıdakı şirkətlər daxildi:

1. İDC 2000 MMC

2. İmprotex Travel Tours and Conferences

3. İMEX MMC

4. İmprotex Marine and Sports Facilities

5. İmprotex Truceks and Buses

6. İmprotex Real Estate

7. İmprotex İndustries

8. İmprotex Aqrotexservis

9. İmprotex Commercial Vehicle

Holdinq müxtəlif istiqamətlər üzrə də dövlət satınalmalarında iştirak edir. Yalnız bir istiqamətin adı tender siyahısına düşmür –

“BMW” avtomobillərinin alınması

Ölkəyə bir neçə marka avtomobil gətirən “İmprotex”-in tərkibində MAN avtomobilləri də var. Şirkətlə bağlı məlumat verən və adını gizli saxlayacağımız A. İlkinin (ad və soyad şərtidir – red) sözlərinə görə, hazırda MAN-da satış dayandırılıb: “MAN şirkəti “İmprotex Şirkətlər Qrupu”na (holdinqə) daxil olan bir neçə şirkətdən biridir. Hazırda çox ağır durumdadır, demək olar ki, fəaliyyəti tam məhdudlaşıb. Ümumiyyətlə, «İmprotex»-də «BMW»-dən başqa, avtomobil satışı ilə məşğul olan digər şirkətlər demək olar, dayanıb. “İmprotex Motors” isə dövlət layihələri hesabına ayaqdadı. Avropa oyunları zamanı da məhz “İmprotex”-in əli ilə Prezident Administrasiyası üçün 200 ədəd son model xidməti avtomobillər gətirilib”.

“Bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları çox yayılıb”

Fransada diplomat işləmiş Arif Məmmədovun sözlərinə görə, Strasburqdakı xidməti maşın «BMW 730»-u da «İmprotex Motors” alaraq onlara göndərib: “Həmin avtomobil də nazirliyin nəzdində saxlanılır. Düşünürəm ki, bu cür şirkətlər yuxarılara məxsusdu, sadəcə başqa adamların adı ilə rəsmiləşdirilir”.

İqtisadçı Azər Mehtiyev mətbuata verdiyi açıqlamasında bildirib: ““Nazirlər Kabinetin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarının qəbulundan aylar keçsə də, icrası istiqamətində heç bir addım atılmır. Hökumətin məlum qərarı dövlət təşkilatlarında olan avtomobillərin sayını və sərf olunan yanacağın həcmini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq nazirlər, dövlət məmurları ən müasirlərindən tutmuş, ən bahalılarına qədər ən müxtəlif avtomobil markalarından xidməti maşın kimi istifadə edirlər. Özü də yalnız dövlət büdcəsi hesabına deyil, həm də özlərinin büdcədən kənar vəsaitləri hesabına xidməti avtomobillər alırlar. Məsələn, Dövlət Neft Şirkətinin istifadəsində olan xidməti maşınların sayı-hesabı yoxdur. Bütün bunlar onun nəticəsidir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları geniş yayılıb”.

«Əslində hökumət qurumları hesabat verməlidir ki, əvvəlki illərdə alınmış nə qədər avtomobilin istismar müddəti bitib və onların satışından büdcəyə nə qədər vəsait daxil olub. Bu vəsaitə neçə ədəd və hansı marka avtomobil alınıb. Bu suallar açıq qalır” – deyə sual verir adının açıqlanmasını istəməyən iqtisadçı ekspert.

Uzun illər dövlət qurumlarında məmur işləmiş iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, xidməti avtomobillərin müddəti olsa da, nazirlər bu müddətə baxmırlar: “Düzdür, bizim normativ aktlarla tənzimlənir. Birinci şəxslər adətən o normaya baxmırlar, daha doğrusu, o qədər də baxmırlar. Bahalı avtomobillər alırlar. “Jiquli” almayacaqlar ki?! Bəzi nazirlər vardı ki, zavodun özünə sifariş verirdilər. Qabaqlar olub, indi bilmirəm. Büdcənin hesabına zirehli avtomobillər də sifariş verirlər”.

Tender keçirilmir

oqtay1Dövlət büdcəsindən xidməti avtomobillərin alınmasına vəsait həmişə ayrılır, limit də qoyulur: “Hər il Nazirlər Kabineti tərəfindən limit də qoyulur ki, nə qədər ayrı-ayrı idarələrin avtomobili ola bilər. Onların benzin normasını da verirlər, aylıq xərclərini də ödəyirlər. Yenə deyrəm, birinci şəxslər hansısa qanunpozma edirlərsə, onların adı xüsusi siyahıda olur. Onlara söz deyilmir” – iqtisadçı Oqtay Haqverdiyev deyir.

Hər hansı şirkətin xidməti avtomobilləri alarkən tenderdə iştirakı məsələsinə gəlincə, O. Haqverdiyev bildirdi ki, tender keçirilmir: “Heç bir tender keçirilmir. İdarədən söhbət gedirsə, ora pul ayrılır maşın almağa. Burda nə tender keçirmək lazımdır, mağazada var. Elə də eləmirlər. Bir az ucuz olsun deyənə adətən xaricə sifariş edirlər, elə daha ucuz alınır. Onu xüsusi ilə sifariş edirlər və daha ucuz alıb baha rəsmiləşdirirlər. Mən işləyəndə mənim də maşınım vardı. Norması çatdı götürdüm. Mən işə gələndə köhnə maşın idi, ancaq istismar müddəti bitməmişdi. Bir ildən sonra bitdi və biz maşını dəyişdik. Markasını deməyəcəm, o qədər də bahalı maşın deyildi. 2003, ya da 2004-cü ildə 15 000-lik maşın idi”.

“İmprotex Motors” şirkətinin əməkdaşının sözlərinə görə (bu əməkdaşın adını onun öz xahişi ilə gizli saxlayacağıq – red), Avropa Oyunları zamanı “BMW Group”-dan yüksək çinli məmurlar üçün 200 ədəd avtomobil alınıb. Həmin avtomobillərin seriyası isə müxtəlif olub.

Şirkət əməkdaşı təsdiqləsə də, bu fəaliyyət tender siyahısında öz əksini tapmayıb. Belə ki, 2015-ci ildə baş tutan I Avropa Oyunları iyun ayında keçirilir və ötən ilin yanvar-sentyabr aylarını əhatə edən tender sənədində “BMW” avtomobillərinə rast gəlinmir. “İmprotex”-in adına isə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinə aid müsabiqədə rast gəlirik.

2015-ci ildə “İmprotex” şirkətlər qrupuna daxil olan daha bir şirkət “İmprotex Travel Tours and Conferences” şirkəti də tender qalibi olur.

Şirkət rəsmisinin sözlərinə görə, ölkəyə ilk xidməti avtomobillər 2009-ci ildən alınıb: “Ən köhnə partiya olub. Onlar da heç biri köhnəlməyib. Bir söz deyim ki, ən köhnə partiya 2005-ci ildə “Volkswagen”lər alınıb. Onlar da hələ istismardadı. Bu avtomobillərdən əvvəl isə 2001-ci ildə “Tofaş” firmasından “Fiat” markalı avtomobillər alınıb. Onlar da rayonlarda balansdadı. Hələ də sürülür”.

Avropa Oyunları zamanı yol polisləri üçün də yeni avtomobillər alındı. “İmprotex”-in əməkdaşı həmin avtomobillərin xüsusi gücləndirilmiş avtomobillər olduğunu vurğuladı: “Onlar 5-10 ilə köhnəlmir. Sifariş olunan avtomobillər də xüsusi sifarişli avtomobillər hesab olunur, onlar texniki baxımdan fərqli olur və hər adam ala bilməz. Avropa Oyunları zamanı alınan avtomobillər isə yeni avtomobillərdi”.

Müsahibimiz dedi ki, alınan modellərin içində 320-dən (qiymətilər dillerin internet səhifəsində verilib – red ) 520-ə, 328, 528-ə, 740, 750 var: “Modellər də müxtəlifdi. 3-cü seriyanın 320-də var, 328-də var. Məbləğ ilə bağlı məlumatım yoxdu və olsa da belə onu demək hüququm yoxdu. Tenderin keçirilməsi ilə bağlı dəqiq heç nə deyə bilmərəm, ancaq lazım olan standartların hamısına əməl olunur”.

Müsahibimiz Avropanın özündə belə xidməti avtomobillərin minumum 12-13 il işlədildiyini vurğuladı.

Xidməti ömrünü “bitirən” avtomobillər hara gedir?

emlak_img1226274Xidməti avtomobillərin sonrakı “taleyi” ilə bağlı məqam da qaranlıq qalır. Qanuna görə, istismar müddətini başa vurmuş xidməti avtomobilləri Dövlət Əmlak Komitəsi hərraca çıxarmalıdır. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bu iş Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir: “Birmənalı demək olmur ki, avtomobil 1990-cı, ya da 1992-ci ilindi. Baxır avtomobilin necə istismar olunmasına, neçə il işlədilməsinə. Aşınmalarla bağlı qərara baxmaq lazımdı. Əgər maşın aşınıbsa, nəqliyyat vasitəsini saxlamaq mümkün deyilsə, hissələri və özü hərraca çıxarılır”.

Q.Xəlilov ünvanlanın sualların ona elektron poçt vasitəsilə göndərilməsini xahiş etsə də, onlara cavab vermədi. Həmin suallar bunlardır:

1. İstismar müddəti neçə il götürülür?

2. Bu avtomobillər və onların hissələri qiymətləndirilərkən real bazar qiymətləri nəzərə alınır, ya daha ucuz təklif olunur?

3. Hansı marka avtomobillər hərraca çıxarılır?

4. Hərracdan alınan vəsait dövlət büdcəsinə, yoxsa əlaqəli qurumun hesabına keçirilir?

5. Bugünə qədər neçə xidməti avtomobil hərracda satılıb?

6. 2012-2015-ci illərdə neçə avtomobil və hansı marka avtomobillər hərraca çıxarılıb

Dövlət Əmlak Komitəsinin rəsmi internet səhifəsində “Nəqliyyat vasitələrinin hərracı” bölümündə müxtəlif avtomobillərin və onların hissələrinin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilib. Bu məlumatların içində yalnız martın 9-da start qiyməti 11019 manat, 2006-cı il istehsalı olan “BMW- 523”-ün hərraca çıxarıldığı göstərilib.

Müqavilə şərtləri gizli tutula bilər

Yenidən “BMW”, “Rollce-Royce”, “MİNİ” avtomobillərinin ölkədə rəsmi dilleri kimi tanınan “İmprotex Motors” şirkəti ilə əlaqə saxladıq. Özünü şirkətin satış meneceri kimi təqdim edən Elşən adlı şəxsin sözlərinə görə, dövlət müqavilələrinin içində gizli tərəflər ola bilər və buna da müqavilənin şərtlərinə əsasən sirr qalacaq bilgilər aiddi.

“BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “İmprotex Motors”un adı var. Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb.

Fazil Mustafa: “Bu sahədə her şeyin qaydada olduğunu düşünmürəm”

trend_fazil_mustafa_albom_4Millət vəkili Fazil Mustafanın sözlərinə görə, xidməti avtomobillərlə bağlı informasiya şəffaf olmadığına görə, avtomobillərin kimlərə və hansı qiymətə alınması, eləcə də verilməsi barədə bilgisi yoxdur: “Hansısa statistik rəqəmlər də açıqlanmır ki, bir fikir bildirəsən. Hər halda bu sahədə her şeyin qaydada olduğunu düşünmürəm. Müşahidəm onu göstərir ki, xidməti vəzifəsi uyğun gəlməyən adamlara da xidməti avtomobillər verilməsi halları var. Maşınların alınmasında, qiymətlərin təyin olunmasında korrupsiya amilləri də yer almaqdadır. Ancaq bu mövzuda statistik bilgilər verilsə, daha dəqiq fikir bildirmək olar”.

Mətbuatda “İmprotex Motors”-un hətta oğurluq maşın satışı ilə bağlı məqalə yer alıb. Belə ki, hüquqşünas İlham Məmmədov bu haqda mətbu orqana özü danışıb: “Hüquqi yardım göstərdiyim, ancaq adını gizli saxladığım müvəkkilim “İmprotex Motors”-dan avtomobil alıb, ancaq texniki baxış zamanı həmin avtomobilin oğurluq olduğu üzə çıxıb. O, 12 aprel 2013-cü ildə Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş “BMW” markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir.

İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib. Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə “BMW”-nin Azərbaycanda rəsmi dileri olan “İmprotex Motors” şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov bununla razılaşır”.

Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “Avtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa, avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem “BMW” şirkətinə imkan verir ki, oğurlanmış avtomobil harda olsa da, yerini müəyyən eləsin”.

Hüquqşünas İlham Məmmədov bu faktı təsdiqlədi. Müştərisinin adının çəkilməsini istəmədiyini deyərək, məhkəməyə qədər faktla bağlı hüquqi yardım ediyini sonra isə bu işdən uzaqlaşdığını bildirdi: “O məsələ bağlanıb, iş sahibi hər hansı məlumat vermək istəmir. Mən o işdə hüquqi nümayəndə olmuşam. İşin nəticəsi barədə məlumatım yoxdu, çünki həmin işin ortasında bu işdən çəkildim”.

Tender siyahısında “BMW” yoxdu

“BMW Group”-un səhifəsində axtarış apardıqda “İmprotex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir. O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində.

Dövlət orqanlarını xidməti avtomobillərlə təmin etməsinə baxmayaraq, bu istiqamət üzrə bircə dəfə də olsun tender siyahısına adı düşmür. Müxtəlif istiqamətlər üzrə isə həm “İmprotex Motors”, həm də “İmprotex” şirkətlər qrupuna daxil olan “İmprotex Travel”, “İmprotex Marine” and “Sport Fasilities”-in adlarına tender siyahısında tez-tez rast gəlinir. Belə ki, əlimizdə olan 2010-cu ilin mart-dekabr aylarını əhatə edən tender sənədinə əsasən bu şirkətlərdən yalnız biri müsabiqədə iştirak edib.

2010-cu il mart-dekabr

Ancaq tender siyahısı tam olmadığından Daşkəsən rayonu üçün alınan çoxfunksiyalı 21 teleskopik yükləyicinin neçəyə başa gəldiyini müəyynələşdirə bilmədik. Bu haqda Daşkəsən rayonundakı yenidənqurma və quruculuq işlərindən bəhs edən məqalədə yazılıb. Məqaləyə görə bu sifarişi “İmprotex Truck and Buses” şirkəti həyata keçirib (https://dashkesan.wordpress.com/oktyabr/).

Tenderlər nəticəsində xidmətə görə əldə olunan vəsaitin cəmi məbləğini hesablamadıq. Bir halda ki, bu, tam siyahı deyil və deməli, bizim görəcəyimiz rəqəmlər də tam olmayacaq.

Xaricdə necədi?

azer mehtiyevİqtisadçı A.Mehtiyev mətbuata beynəlxalq təcrübədən söz açıb. O bildirib ki, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə məmurların xidməti avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir: “Məsələn, Gürcüstan prezidentinin sərəncamı ilə heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobilə minə bilməz. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6 500 – 7 000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır”.

Onun sözlərinə görə, Türkiyədə büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti də öz əksini tapır. Bu da korrupsiyanın qarşısının alınması və şəffaflıq baxımından irəliyə atılmış addımdır.

P.S. Təəssüf ki, avtomobillərin istehsalı ilə məşğul olan, Almaniyada yerləşən BMW Group-a ünvanladığımız suallara cavab ala bilmədik. (Meydan TV)

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.