Xəbər verildiyi kimi, ölkə başçısı gələn il yanvarın 1-dən minimum əməkhaqqı və fevralın 1-dən minimum təqaüdün artırılması barədə qərar verib.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu qərarın müsbət tərəflərini qeyd etməklə yanaşı, DSMF-ə ödəniş edən sahibkarlar və pensiya kapitalını toplamağa çalışan yaşlı insanların problemlərinə diqqət çəkib:
“Minimum əməkhaqqı 400 manat, minimum təqaüd 320 manat oldu – yaxşıdı, gözləntilərdən daha çox artdı. Amma...
Gələk əmmalara:
1) Uzun illərdir deyirik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əmək haqqına bağlı olması aradan qaldırılmalıdır. Belə bir bağ minimum əməkhaqqının 136 manat olduğu zaman qanuna salınmışdı, indi isə minimum əməkhaqqı 400 manat oldu, deməli, VÖEN-lə çalışan 700-800 min vətəndaşın vergi yükü avtomatik olaraq artdı – 2025-ci ildən DSMF və icbari tibbi sığortaya 116 manat ödəməli olacaqlar. Bu, zərərli və yanlış qanundur, mütləq dəyişməlidir, çünki, minimum maaş artan kimi onun 25%-i (ortalama) DSMF-yə ödənilir.
2) Digər bir qanunla isə mimimum təqaüd artan kimi pensiyaya çıxmaq üçün tələb olunan minimal kapital səviyyəsi də artır – bu gün 40320 manatdır, gələn ildən isə minimum təqaüd artdı deyə 46080 manat olacaq, yəni, hər dəfə minimum pensiya artan kimi insanların minimum kapital səviyyəsi də yüksəlir, əlçatmaz olur. Çox yanlış qanun maddəsidir, mütləq dəyişdirilməlidir. Ölkədə minimum kapital səviyyəsinə çatmaq üçün maaşlar, gəlirlər yetərsizdir, çox vətəndaş buna çata bilmir, bəzən heç təqaüd yaşına çatmadan dünyadan köçür. O zaman da ədalətsizlik olur – insan işləyir, ÖZ maaş və gəlirindən DSMF-də olan ÖZ hesabına pul köçürür, sonra pensiya almadan həyatdan köçəndə o vəsait ailəsinə qismət olmur, kiməsə vəsiyyət edə bilmir – bu da haqsızlıqdır, qanunda mütləq dəyişiklik edilməlidir”.
”AzPolitika.info”

Şərhlər
Pensiya təyinatında ayrıseçkilik ləğv edilməlidir.Bütün vətəndaşlar eyni şkala ilə hesablanan pensiya ilə təmin olunmalıdır ki,sosial ədalət olsun.Buna hakimiyyət mütləq diqqət yetirməlidir.Sosial ədalət olmayan ölkədə insan həyatının qiyməti olmur.
Neçəki musa quluyev kimiləri var, bu cammata gün yoxdur.Hadı rəcəbli yolu gedir.ALLAH buna və bunun kimilərə Cəhənnəmə uğurlu yol versin.
Zərərli istehsal sahələrində işləyəm insanların heç birinin pensiyası 1000 manata çatmır.1000 manat və bundan yuxarı pensiyalar rüşvət.korrupsiya.büdcə oğurluğu edən hakimiyyətə yaxın məmurlara
və siyahi deputatlara təyin olunur.Yazınızın əsası görünmür.Belə yalan yazıya kim inanar?
DSMF deyilən şey paz olub iş adamlarına keçib. Süni yola minimum əmək haqlarını qaldırmağın xeyrindən çox ziyanı var.
Natik bəy biz Sizinlə 100% razıyıq.
Men teklif edirem ki minimum pensiya 3 defe artsin ,amma 1000 den cox olan pensiya 10 faiz
Orda Roma adli sexs yazır ki, kimin ki, pensiyasi 1000 manatdan yuxarıdır 1000 manatdan yuxarı verilsin az pensiya alanlara.Xeyir ola, vaxtında mən əziyyət çəkmişəm, vredniy işdə işləmişəm.siz də isləyəydiz vaxtında indi alarsınız mindən yuxarı.Yox sən kef ele, gəz işləmə indi də yuxarı pensiya işte vermiyəndə də denen o çox alır ondan kəsin mənə verin.Duz dani.smirsiz
Bizim sosşal müdafie nazirliyi xalq üçün çalışmır bir “Молодец» «üçün çalışır.O “DOST” xidmetinin de adını deyişib “DÜŞMEM” xşdmeti qoymaq kazındır çünkü ora müraciet edenler ancaq ziyan görürler.
4 ildən biraz artıq müddət keçməsinə baxmayaraq hələ də veteran pullarını artıra bilmirlər, amma deputatlara yaxşı artım edə bilirlər, hansı yaxşı bir işlərinə görə artırılır bunun məsələsinə baxılmalıdır, heç bir işlə məşğul olmayan deputatlar niyə bu qədər maaş almalıdır
Mence sosial edaletsizlik minimum pensiya qalxanda diger pensiyalarin qalxmamasidir.mini.mum pensiyanin faizine uygun butun pensiyalar qalxmalidir
Pensiya meselesi bashdan- ayaga huquqdan kenar ve edaletsizdir, buna soz yox! Minimum pensiyanin elcatanligi ucum yegane yol pensiya davamiyyeti aylarinin sayini(144-du) azaltmalidirlar, bununla beraber, vefat etmish shexslerin pensiya kapitali varislerine odenilmelidir.
.Biri30-40 il ağır işlərdə işləyir pensiyaya çıxdıqda300-400 manat pensiya verilir, yaşam mücadiəsi verir.Digəri rüşvət ilə.oğirluqla yaxşı yaşayır və sadə insanlardan 5-6 qat artıq pensiya təyin edirlər.Buna ədalətsizlik deyilmir?
Pensiyalar arasında nisbət 2-dən artığ olmamalıdır, yəni minumum pensiya ilə maksimum pensiya arasında nisbəti nəzərdə tuturam. Sovet dönəmində minimal pensiya 70 rubl, maksimal isə 132 rubl idi və hesab edirəm ki, o pensiya daha çox sosial ədalətli idi. İndi minimal alan 200-300 manat, ancağ kommunal və dava-dərmanına çata-çatmaya, maksimal isə 1000 və daha çox, bəzən hətda bir neçə min təşkil edir ki, bu da tam ədalətsizlikdir. Yüksək məbləğdə pensiya alan, yaxşı vəzifə tutub və ona görə də əmək haqqı yüksək olub, az pensiya alan isə vəzifə tuta bilməyib, iş tapa bilməyib və s..., indi də yaşamır, çapalayır...Bir sözlə minimal pensiya hazırda 500 manat, maksimal pensiya isə 1000 manatı aşmamalıdır...1000 manatdan artığ pensiyalar kəsilərək minimal pensiyaların üstünə gəlməlidir...
DŪZ SŌZŪN 1 QEPIK QIYMETI YOXDUR ONSUZDA....